Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-660/2023 08.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Cavid küçəsi, ev 175-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə MN seriyalı № ******* nömrəli, 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında MN seriyalı № ******* nömrəli, 14 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 14 iyul 2023-cü il tarixdə, saat 10:25 radələrində Salyan şəhərində “Ford Transit” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Şəxs yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 14 iyul 2023-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan 14 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, Şəxs “avtomobilimin sənədləri sizin əməkdaşlardadır, sizə veriləsi sənədim yoxdur” deyərək sənədləri təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş “Ford Transit” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə aid 01 ədəd foto şəkilin ksero surətindən görünür ki, avtomobilin yük yerində yük aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin müdiri Elşən Əliyev tərəfindən ünvan 1 ünvanında yaşayan vətəndaşa ünvanlanmış 14 iyul 2023-cü il tarixli, № 21-466 saylı bildirişin surətindən görünür ki, 14 iyul 2023-cü il tarixində İXM-nin 552-ci maddəsi ilə barəsində MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduğu barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, səlahiyyətli orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 552-ci madəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Ramiz Əliyevin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-660/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-660/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver