Məhkəmə qərarları › İş №3(057)-662/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-662/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-662/2023 10.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 25 iyul 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 25 iyul 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-3256/2022 saylı icra sənədinə əsasən borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilməli aliment borcu ödənilməmişdir. Nəticədə Şəxs 5184 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Şəxs icra sənədi üzrə ödəməli olan borcunu ödəmir. Dəfələrlə Şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, icra şöbəsinə dəvət edərək aliment borcunun ödənilməsi təklif edilsə də heç bir nəticəsi olmamışdır. O, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Tələbkarların şikayətçi olduğunu, borclunun barəsində tədbir görülməsi ilə bağlı müraciətlər etdiyini göstərmişdir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, anası xəstədir. Bacısı və anasına o baxır. İşsizdir, maddi imkanı olmadığı üçün 2 uşaqa görə aliment borcu yaranmışdır. 15 gün ərzində 500 manat ödəyəcəyinə söz vermişdir. Eyni zamanda Şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, borcunun olduğunu bilir, qətnaməni icra etmək üçün vaxt istədiyini və əlavə olaraq 15 gün ərzində 500 manat ödəyəcəyinə göstərmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs aliment borcunu ödəməkdən imtina etmir, maddi vəziyyəti hazırda ona bütün borcunu ödəməyə imkan vermir. Odur ki, Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(004)- 3256/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(004)-3256/2022 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Şəxs arasında 29 iyun 2018-ci il tarixli 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2019cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər uşağa görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq ididiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. - İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə Borcluya təqdim edilmişdir. - İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(057)- 23/2023 saylı qərardadından görünür ki, borclu - xx.xx.1992-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində doğulmuş, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - İş materiallarında olan borclunun axtarılması barədə qərardan görünür ki, xx.xx.1992-ci il tarixdə Salyan rayonu, Marışlı kəndində anadan olmuş, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. - Şəxs izahatlarından görünür ki, onun xx.xx.2022-ci il tarixli, e-2(004)-3256/2022 saylı icra sənədinə əsasən borcunun ödənilməsi barədə məlumatı var. Maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilmədiyini və həmin günə qədər 220 manat ödəniş etdiyini qalan borcunu hissə-hissə ödəyəcəyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbehi tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ**********0000002944 hesablarına köçürülməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar