Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-664/2023 28.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İB-nin polis sahə rəisi polis leytenantı X1 və Salyan Rayon Polis Şöbəsinin İB-nin polis sahə rəisi polis leytenantı X4, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər ağır və az ağır cinayət əməlləri törətdiyi üçün dəfələrlə məkum olunmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə avtomobilin yük hissəsindən Zərərçəkmiş şəxs2 məxsus 140 manat dəyərində (ərzaq məhsulları) əmlakını oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞnin İTB-nin polis sahə rəisi X2 tərəfindən 28 iyul 2023-cü il tarixli, MN № 1655211/732 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətindəki hindən 70 manat dəyərində 01 ədəd hind quşunu oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞnin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən 28 iyul 2023-cü il tarixli, MN № 1690149/731 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, M.F.Axundov küçəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus 06 ədəd toyuqları oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən 28 iyul 2023-cü il tarixli, MN № 1690148/735 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonunun, Ərəbqardaşbəyli kəndində yaşayan X8 məxsus dəyəri 60 manat olan 1 ədəd su matorunu oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Araşdırma ilə əlaqədar olaraq Salyan RPŞ-nin rəisi, polis polkovniki X10 xx.xx.2023cü il tarixli, MN № ******* saylı qərarı ilə X8 məxsus dəyəri 60 manat olan 01 ədəd su matorununun oğurlaması ilə əlaqədar olaraq şəxs və ya şəxslərin tapılması ilə bağlı inzibati xəta haqqında icraat dayandırılmışdır. X8 məxsus dəyəri 60 manat olan 1 ədəd su matorununun Neftçala rayonu, Xıllı qəsəbə sakini Şəxs yeri müəyyən olunduğu üçün, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 28 iyul 2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən 28 iyul 2023-cü il tarixli, MN № 1655210/733 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Salyan şəhəri, M.F.Axundov küçəsində yerləşən 30 saylı evdən X9 məxsus 80 manat dəyərində bir ədəd dəmir çarpayı və iki ədəd məişətdə istifadə olunan qazanları oğurlamışdır. Bununla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Araşdırma ilə əlaqədar olaraq Salyan RPŞ-nin rəisi, polis polkovniki X10 xx.xx.2023cü il tarixli, MN № ******* saylı qərarə ilə X9 məxsus 80 manat dəyərində bir ədəd dəmir çarpayı və iki ədəd məişətdə istifadə olunan qazanları oğurlaması ilə əlaqədar olaraq şəxs və ya şəxslərin tapılması ilə bağlı inzibati xəta haqqında icraat dayandırılmışdır. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 28 iyul 2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən 28 iyul 2023-cü il tarixli, MN № 1690150/734 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə ayrı-ayrı şəxslərə məxsus əmlakları oğurlamışdır. O, bu hərəkətləri etməsini işsiz olması və maddi imkansızlıqla bağlı olduğunu, oğurluq edəcəyi evləri əvvəlcədən seçmədiyini, təssadüf olaraq, yol ilə gedərkən gözünə hansı ev “dəydisə” o, evdən oğurlayıb satdığını, həmin pulu isə şəxsi istehlakı üçün ərzaq malları aldını bildirmişdir. Oğurladığı əşyaları əsasən Salyan şəhərində olan bazara yaxın ərazilərdə olan şəxslərə satdığını göstərmişdir. Əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır xx.xx.2023-cü il tarixdə ona məxsus 70 manat dəyərində 01 baş hind quşu oğurlamışdır. Bundan əlavə də 16 ədəd 2-3 kq. hind quşu oğurlanmışdır. Həmin oğurluqla bağlı Salyan RPŞ-də cinayət işi başlanmışdır. Hazırda şikayətçidir dəymiş ziyanı tələb edir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Salyan şəhəri, M.F.Axundov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır xx.xx.2023cü il tarixdə ona məxsus 6 ədəd toyuq oğurlamışdır. Hazırda şikayətçidir dəymiş ziyanı tələb edir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Salyan şəhərində avtomobilin yük hissəsindən oğluna məxsus 140 manat dəyərində ərzaq məhsulları oğurlamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir dəymiş ziyanı tələb edir. Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən, Şəxs barəsində tərtib etdiyi 28 iyul 2023-cü il tarixli, MN № 1655211/732 saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görqlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X13 tərəfindən, Şəxs barəsində dörd faktla bağlı tərtib etdiyi 28 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoları müdafiə etmişdir. Şəxs bir neçə ünvanda oğurluq hadisəsi törətmişdir. Həmin oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən saxlanmış və Salyan Rayon Polis Şöbəsinə aparılmışdır. Şəxs inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq eydiyini etiraf etmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslərdən X11 və X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, məhkəmədə iştirak edən zərər çəkmiş şəxsləri və inzibati xəta haqqında protokol tərtib edən polis sahə rəislərini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati “həbs” növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) ay müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 28 iyul 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-664/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-664/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver