Məhkəmə qərarları › İş №3(057)-666/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-666/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-666/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs idarə etdiyi “Nazlifan 720 minik” markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş EQ 25337994 saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar DİN Salyan Rayon Polis Şöbəsi tərəfindən İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Asan ödəniş” sistemindən görünür ki, Şəxs EQ 25337994 saylı protokol üzrə borcunu tam ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 529-cu maddəsinin qeydinə əsasən bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra edərək cərimə məbləğini dəbbə pulu ilə birlikdə ödədiyindən, barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata İXM-nin 529-cu maddəsinin qeydinə əsasən xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 114, 115, 116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati protokola dair inzibati iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar