Məhkəmə qərarları › İş №3(057)-667/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-667/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-667/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu Tağımı YPX inspektoru polis serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Ələt-Astara yolunun 78-ci km-də idarə etdiyi “Mersedes-Benz C280 minik” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən manevr edərək idarəetməni itirmiş və avtomobil yolun sol tərəfinə hərəkət edərək yoldan çıxıb çökəkliyə düşmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 40 ildir ki, avtomobil idarə edir. O avtomobili idarə edərkən avtomobilin təkəri partlaması səbəblərdən idarəetməni itirərək avtomobili yolun kənarındakı çökəyə salmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Özünə məxsus təsərrüfatla məşğul olduğunu, himayəsində əlil uşağının olduğunu bildirmişdir. Eyni zamanda göstərmişdir ki, arvadı X2 şəhid ailə üzvüdür. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin tədqiqatçısı, polis mayoru Azər Əmiraslanovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs oglunun əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd olunması və material üzrə, xx.xx.1957-ci ildə anadan olmuş, Salyan rayonu, Şorsulu kənd sakini Şəxs oglu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli, 69 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X6 xx.xx.2023-cü il tarixli, 228 saylı ekspert rəyindən görünür ki, 1997ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Başın ənsə nahiyəsinin yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmağa aiddir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla məhkəmə hesab edir ki, Şəxs yol nəqliyyat hadisəsi törətməkdə təqsirliliyi tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati məsuliyyətə məruz qaldığını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar