Məhkəmə qərarları › İş №3(057)-669/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-669/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-669/2024 22.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada sürücü işləyən, Salyan rayonu, Xələc kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 22 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 5 icra sənədi üzrə, yəni Salyan Rayon Məhkəməsinin 2(057)-323/2022 saylı, 10 mart 2022-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs1 1150 manat, Salyan Rayon Məhkəməsinin 2(057)-875/2021 saylı, 14 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs2 ASC-yə 8125.79 ABŞ dolları, Salyan Rayon Məhkəməsinin 2(057)-309/2019 saylı, 18 fevral 2020-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs3 9029.92 manat, Salyan Rayon Məhkəməsinin 2(057)-164/2023 saylı, 11 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs4 və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7613/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə 443 ABŞ dolları məbləğində borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, borclunun barəsində icra şöbəsində 9 icra sənədi olmuşdur. Həmin icra sənədlərindən ikisini son iki gündə icra etmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 olan borcundan 300 manat ödəmiş, xx.xx.2024-cü il tarixinə kimi əlavə ödəniş ediləcəyinə dair tərəflər arasında razılaşma olmuşdur. Borclu Zərərçəkmiş şəxs3 olan borcunu ödəmədiyi üçün həmin iş üzrə inzibati həbs olunmuşdur. Borclu polis əməkdaşları tərəfindən İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, atası əməliyyat olunmuşdur. xx.xx.2024-cü ildə əmək haqqı alıb borcundan ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2024cü il tarixə qədər Zərərçəkmiş şəxs4 olan və digər tələbkarlara 700 manat məbləğində ödəniş edəcəkdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-323/2022 saylı, 10 mart 2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs 1150 manat, X2 600 manat, X3 450 manat, X4 855 manat, X1 650 manat və cavabdehlərdən müştərək qaydada iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 59 manat alınıb Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-875/2021 saylı, 14 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X7 müştərək qaydada 4567.11 ABŞ dolları məbləğində əsas borc, 3108.68 ABŞ dolları məbləğində faiz borcu, 450 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 8125.79 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçı Ləğv prosesində olan Zərərçəkmiş şəxs2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar tərtib olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-309/2019 saylı, 18 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 9029.82 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2020-ci il tarixdə, saat 10:30 dəqiqədə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-164/2023 saylı, 11 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 372 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs4 verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icra olunması barədə bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7613/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 385 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 58 ABŞ dolları cərimə, cəmi 443 ABŞ dolları borc tutulduğu vaxt manata məzənnə ilə və 20 manat dövlət rüsumu tutularaq ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, tələbin könüllü icra olunması barədə bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli qəbzin ksero surətindən görünür ki, borclu Şəxs 300 manat pul vəsaitini qəbul etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumat vərəqindən görünür ki, borclu Nəbiyev X5 Əlibəy Abas oğlu tərəfindən yük avtomobili sürücüsü vəzifəsinə işə götürülmüş və aylıq 345 manat əmək haqqı alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra sənədlərinin icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, borclu daimi əsaslarla işləyir. Onun inzibati qaydada həbs olunması onun əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını mümkünsüz edəcəkdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar