Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-670/2024 06.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 1 B, mənzil 174-də qeydiyyat olmaqla orada yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımı tərəfindən Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 1 B, mənzil 174-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, 25 may 2024-cü il tarixdə saat 08:50 radələrində Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Xalac kəndi ərazisindən keçən 8-ci kilometrində, Salyan rayonu Kərimbəyli kəndində yaşayan xx.xx.1962-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21099 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı” avtomobillə 60 km/saat sürətlə Salyan rayonu istiqamətinə hərəkətdə olarkən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcılarında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcısına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bunu etməyib qarşıda sağ köməkçi yoldan baş yola daxil olmaqla sola doğru manevr edən Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi ev 18, mənzil 174-də yaşayan, xx.xx.1961-ci il təvəllüdlü, X1 idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ- 210999” minik markalı avtomobildə olan sərnişin Salyan rayonu Gomuşçu kəndində yaşayan xx.xx.1980-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmasına, avtomobillər isə əzilərək sahiblərinə maddi ziyan dəyməsinə səbəb olmuşdur. Buna görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddələrinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan- DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə avtoqəza törətmişdir. Hadisə nəticəsində bir nəfər şəxs xəsarət slmış və nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir.Özünün təqaüdçü olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. İş mareriallarında olan sənədlərdən görünür ki, həmin hadisə “Mercedes Benz E240” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində baş vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iş materiallarını, Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Şəxsn barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-670/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-670/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver