Məhkəmə qərarları › İş №3(057)-672/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-672/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-672/2024 22.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1990-cı ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 22 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-866/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs öhdəsində olan 2870 manat aliment borcunu ödəmir və çağırışlardan yayınır. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 2 aydır atası vəfat edib. Əvvəllər kənd təsərrüfatı ilə məşğul olmuşdur. İki uşağa görə əvvəl 200 manat aliment ödəsə də sonradan məhkəmə tərəfindən alimentin miqdarı artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat müəyyən olunmuşdur. O alimenti ödəsə də, ödəniş qəbzlərinin bir hissəsini itirmişdir. Məhkəmə iclasından əvvəl borclunun plastik kartına 500 manat pul ödəmişlər. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu dekabr ayında 500 manat, daha sonra 300 manat aliment ödəmişdir. Bu gün isə 500 manat kart vasitəsi ilə ödənilmişdir. Övladının müalicəyə ehtiyacı var. Alimentin vaxtında ödənməsini tələb edir. Borclunun həbs olunmasını istəmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-866/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)- 48/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsi, tərəflərin faktiki nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli “borclunun icra sənədində göstərilən ünvanda yaşamaması barədə” aktdan görünür ki, Şəxs icra sənədində göstərilən Qaraçala qəsəbəsində göstərilən ünvanda yaşamaması faktı müəyyən edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 15 gün müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarından görünür ki, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Salyan Rayon Məhkəməsinin 3(057)-1148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs olunmasına baxmayaraq Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Səlimov X1 Rayon Məhkəməsinin 2(071)-866/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar inzibati xəta törətməyə görə borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə deyil, İXM-nin 528.1-1-ci maddəsi ilə inzibat xəta haqqında protokol tərtib edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, MN seriyalı ******* nömrəli, 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol natamam tərtib edilmişdir, buna görə də qeyd olunan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar