Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-674/2024 23.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3, müdafiəçi X4 iştirakı ilə xx.xx.1993-cü ildə Salyan rayonu Dayıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla, orada yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 22 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, Salyan rayon Avtovağzal ərazisində nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq əməlini törətmişdir. Bundan başqa, 22 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola və protokollara əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, Salyan rayon Avtovağzal ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X3 bildirmişdir ki, əlil olmaqla dövlətdən 330 manat və 749 manat pensiya alır.Özü Qarabağ müharibəsi iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə, saat təqribən 17 radələrində Salyan şəhəri, Avtovağzal ərazisində gəzərkən tanışı Arifənin mağazasının qarısında polis əməkdaşı ilə danışdığını görmüş və mağazaya girmək üçün polisə ona yol verməsini xahiş etmişdir.Polis ona yol verməyərək problem axtardığını ona demişdir.Polis ona qarşı aqresiv danışdığı onunla mübahisə etmişdir. Daha sonra polis əməkdaşı şəhid qardışı olduğunu dediyi üçün bir az sakitləşməyə çalışmışdır.Daha sonra polis əməkdaşları onu polisə aparmaq istədikdə onların maşınına əyləşməmiş, öz maşını ilə polisə getmişdir.Heç kimi söyməmiş və təhqir etməmişdir.Polsin qanuni tələbinə tabe olmuşdur.Odur ki, onun barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat verən Salyan RPŞ-nin PPXB-nın polis nəfəri X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 17-18 aralarında Salyan Avtovağzal ərazisində xidməti vəzifəsini həyata keçirən zaman dükan sahibi ilə söhbət zamanı sonradan adını bildiyi X3 arxasında qaldığı üçün ona keçməsini demiş, lakin sonuncu ona qarşı kobud ifadələr işlədərək ordan rədd olunmasını tələb etmişdir. Müseyib ona rəisi ilə danışmaq sədiyini demişdir. Daha sonra Müseyib təqribən 30 nəfərin olduğu yerdə ona qarşı nalayiq ifadələr işlətmiş və onu polisə dəvət etmək istədikdə gəlməyəcəyini, polis maşınına minməyəcəyini bildirmişdir. Ona görə də Müseyib öz maşını ilə polisə getmişdir. Maşında olarkən Müseyib nalayiq ifadələr işləmiş və həmçinin polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə müdaifəçi qismində iştirak edən X7 müdafiə etdiyi şəxsin müharibə iştirakçısı olduğunu, təqsirini etiraf etmədyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə baxış keçirilmiş bir ədəd DVD-dən aydın olur ki, X3 öz maşını ilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərkən yolda nalayiq ifadələr işlətmişdir. Məhkəmədə elan olunmuş EİS-dən çıxarılmış X1 şəxsi məlumatlarından aydın olmuşdur ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü,müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3 qrup əlilliyə görə 330 manat , 713,16 manat isə ƏG-2 qrupa görə pensiya alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə belə hesab edir ki, toplanmış sübutlarla X1 inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, X2 inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona iki yüz manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-674/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-674/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver