Məhkəmə qərarları › İş №3(057)-68/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-68/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-68/2024 02.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu, Xıdıelı kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 01 fevral 2024-cü il tarixli, MN № 1883346/73 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndi ərazisində polis əməkdaşlarına tabeçilik göstərməyərək, onları söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Xıdırlı kəndi ərazisində polis əməkdaşlarına tabeçilik göstərmədiyini, lakin onları söymədiyinu bildirmişdir. Əlavə olaraq törətdiyi əmələ görə peşman olduğunu, himayəsində iki az yaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən Salyan RPŞ-nin PPXB-nin sahənin polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, dislokasiya üzrə 7 nömrəli avto patrul marşurutu üzrə polis serjantı X3 ilə birlikdə Salyan rayonu, Yenikənd və Xıdırlı kəndində xidmət apararkən xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Xıdırlı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sol tərəfində qanunsuz olaraq balıq satan Xıdırlı kənd sakini Şəxs yol kənarında küçə ticarəti ilə məşğul olmaması üçün ona xəbərdarlıq edərək, getmişlər. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Salyan rayonunun ərazisində yerləşən DYPB-nin 10-cu tağımənın yol patrul xidmətinin əməkdaşları onlara zəng edərək bildirmişlər ki, “Şirvan kanalın” üzərində yolun hərəkət zolağında balıq satılır və nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir hər an qəza baş verə bilər. Onlar dərhal həmin ünvana getmişlər. Orada xəbərdarlıq etdikləri Salyan rayon Xıdırlı kənd sakini Şəxs yenidən yol kənarında balıq satdığını görmüşlər. Həmin şəxsə yenidən həmin yeri tərk edərək, avtomobil yolunun zolağından çıxaraq, müəyyən edilmiş yerdə balıq satması ona bildirilsədə həmin şəxs həmin şəxs aqressiv halda qəsdən qanuni tələblərinə məhəl qoymayaraq, onları nalayiq söyüşlərlə təhqqir etmişdir. Buna görədə həmin şəxsi Salyan RPŞ-nə gətirmişlər. Həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin rəisinə raportla müraciət etmişdir. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmədə şahid qismində ifadə verən digər şahid Salyan RPŞ-nin PPXB-nin sahənin polis nəfəri, polis serjantı X3 izahat verərək, Salyan RPŞ-nin PPXB-nin sahənin polis nəfəri, polis serjantı X1 qeyd etdiklərini bir daha təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli, AZA № 021500 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:21-də inzibati qaydada tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00-da Salyan RPŞ-nin MSY-dən azad edilmişdir.Lakin işdə olan sənədlərdən aydın olur ki, Şəxs hüquqları xx.xx.2024-cü il tarixdə saat 16:00-dan məhdudlaşdırılmışdır.Ona görə onun tutulmasını əvvəlti həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar hallar aşkar edilmədi. Təqsirini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi var və ona həmin maddənin sanksiyası həddində tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş üzrə toplanmış sübutları qiymətləndirərək, Şəxs qanunlara əməl edilməsi rühunda tərbiyyələndirmək, başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq üçün ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, ona on gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 fevral 2024-cü il, saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar