Məhkəmə qərarları › İş №3(057)-681/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-681/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-681/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Nicat Faiq oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,, fərdi əməklə məşğul olan (fəhlə), Salyan şəhəri, Şəhriyar küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 18 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 18 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 2 icra sənədi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 306 manat pulu Zərərçəkmiş şəxs2 ödəmiş, 2) 2(057)-199/2021 saylı, 17 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən 2838.09 manat pulu ödəməmişdir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, iki icra sənədi üzrə borcu var. 2(057)-430/2021 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs2 olan 538 manat borcundan 300 manat borclu qalmışdır. Borclu məcburi gətirmə protokoluna tabe olmamışdır. Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nə axtarış qərarı verilmiş, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra Şöbəsinə gətirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, borcluya göndərilmiş SMS bildirişdə məzmun barədə məlumat yoxdur. İcraata başlamaq haqqında qərar və tələbin könüllü qaydada icra edilməsi barədə bildirişin borclu tərəfindən alınıb-alınmaması barədə sənəd mövcud deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2 övladı var. Natamam ali təhsillidir. Bugün 50 manat Elvinə olan borcundan ödəmişdir. Zərərçəkmiş şəxs1a olan borcu barədə məlumatı olmamışdır. Bugün banka borcu olması barədə xəbərdar olmuşdur. Günəmuzd işləyir. Hər ay borcundan hissə-hissə ödəyə bilər. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1699.68 manat əsas borc, faiz borcu üzrə 1088.11 manat, hesablanmış cərimə borcuna görə 30 manat olmaqla, cəmi 2817.79 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 20.30 manat tutularaq Ləğv prosesində olan Zərərçəkmiş şəxs1 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-857/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1970-ci ildə doğulmuş Salyan şəhəri, Şəhriyar küçəsi, ev 11 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 564 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 22.10 manat pul alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1970-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs 18 iyun 2025-ci il tarixli izahatından görünür ki, hal-hazırda dulam. 2 övladı var. Hər iki övladı 18 yaşını keçmişdir. Fəhlə işləyir, gündəlik gəliri 15-20 manat arası dəyişir. Hissə-hissə ödəyə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərlərindəndir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Hazırki işin hallarından görünür ki, icra məmuru xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə iş üzrə icraata başlama haqqında qərarlar qəbul etməklə tələbin könüllü icrası barədə borcluya sadəcə bildiriş göndərilməklə kifayətlənmişdir. Belə ki, Qanunun 8.2-ci maddəsinin tələbləri baxımından digər zəruri icra hərəkətləri həyata keçirilməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmaması araşdırılmamış, iş yeri müəyyənləşdirilərək əmək haqqı alıb-almaması, fərdi əməklə məşğul olaraq hər hansı qazanc əldə edib-etməməsi dəqiqləşdirilməmişdir. Bundan başqa, tələbin könüllü icra müddəti keçməsinə baxmayaraq onun barəsində icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri ilə bağlı heç bir tədbir görülməmiş, icra sənədinin icra edilməsindən qərəzli olaraq boyun qaçırıbqaçırmaması araşdırılmamış, inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyin yuxarıda sadalanan tələbləri araşdırılıb hüquqi qiymət verilməmişdir. Nəticədə isə düzgün olmayaraq icra sənədi geri qaytarılmış və əsassız olaraq tələbkarın hüquqları pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İXM-nin 528.1-ci maddəsinin tələblərinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda isə məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, borclu barəsində olan icra sənədi barədə məlumatsızdır. Borclu borcunu ödəməkdən qəsdən yayınmır. Borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd olunan xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən məhkəmə aktının icra olunması üçün bütün imkanlar tükənmədən, tətbiq olunmuş məcburi icra tədbirlərinin nəticəsi gözlənilmədən, icra prosesi hələ tam yekunlaşmadan, vaxtından əvvəl inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, bu da borclunun hüquqularının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs barəsində əsassız olaraq protokol tərtib olunduğu öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar