Məhkəmə qərarları › İş №3(057)-690/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-690/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-690/2024 26.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, T.İsmayılov küşəsi, ev 17, mənzil 36-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Salyan RPŞ-dən daxil olmuş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № 1988289/864 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 iyun 2024-cü il tarixdə Salyan rayonu, Qızılağac kənd sakini X2 500 manat pulunu işə düzəltmək adı ilə mənimsəyərək xırda talama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və göstərmişdir ki, Şirvan şəhəri, T.İsmayılov küşəsi, ev 17, mənzil 36-da qeydiyyatda olmaqla yaşayır. Əvvəllər tanıdığı Salyan rayonu, Qızılağac kənd sakini X3 zəng edərək onu qaynaqçı işinə düzəldəcəyini və bunun qarşılıqında 500 manat pul istəmişdir. 17 iyun 2024-cü il tarixdə X3 həmin pulu göndərməsi üçün ona pul kartının nömrəsini vermişdir. Sonradan vədinə əməl edə bilməmiş və pulu qaytarmamışdır. Pulu zərərçəkmiş şəxsə ödəyəcəkdir. Törətdiyi əməllərə görə peşmandır. Peşman olmasını nəzərə alaraq, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, tanışı Şəxs onun mobil telefonuna zəng edərək, onu qaynaqçı işinə düzəldə bləcəyini, bunun qarşılıqında 500 manat pul istəmişdir. O da Asim ilə razılaşaraq 17 iyun 2024-cü il tarixdə pulu göndərməsi üçün Asim ona pul kartının nömrəsini vermişdir. O da, həmin pul kartına ayr-ayrı vaxtlarda ümuilikdə 500 manat atmışdır. Sonradan məlum olmuşdur ki, Asim onu aldadır. Bundan əlavə Asim ondan borc kimi əlavə olaraq 200 manat da almışdır. Ziyan ona ödənilmədiyi üçün, vurulmuş ziyanı tələb edir. Asim barəsində hərə hansı bir tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin TB-nun təhqiqatçısı, polis leytenantı X4 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətlərindən görünür ki, Şəxs barəsində Azərbapycan Respublikası İXM-nın 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərar Salyan RPŞ-yə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, özünün etirafı, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsi, zərərin ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində iki ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli inzibati qaydada tutulduğu gündən 26 iyul 2024cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar