Məhkəmə qərarları › İş №3(057)-691/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-691/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-691/2025 21.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rrayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Tələbkar Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakları ilə, Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Salyan Rrayon İcra və Probasiya Şöbəsi(icra məmuru X4) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 21 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Salyan rayon məhkəməsinin 2(057)-1113/2024 saylı xx.xx.2024-cü il və 2(057)-1997/2024saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rrayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Mahmudov tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1113/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 3034 (üç min otuz dörd) manat pulun Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)- 1997/2024 saylı xx.xx.2024-cü il tarixli digər icra vərəqəsinə əsasən X1 yetkinlik yaşına çatmasına qədər borclu Şəxs tərəfindən hət ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi üzrə 1260 ( bir min iki yüz altmış) manat aliment borcunu Zərərçəkmiş şəxs1 ödəməmişdir. Borclu müharibə iştirakçısı kimi aldığı 80 manat müavinətin 56 manatı “Kapital Bank ASC” tərəfindən tutularaq tələbkara ödənilmiş, lakin banka borcu olduğundan sonradan bu ödəmə həyata keçirilməmişdir. xx.xx.2024-cü ildə tələbkar Zərərçəkmiş şəxs2 ərizə yazaraq bildirmişdir ki, borclu Şəxs ona olan borcunu tam ödəməlidir, hissə-hissə ödəməni qəbul etmir. Borclu 5 ay hər ay 56 manat olmaqla Zərərçəkmiş şəxs2 borcundan ödəmə edib və 2754 manat borcu qalıb. xx.xx.2024-cü il icra üzrə noyabr ayında borclu icra şöbəsinə dəvət edilib, borcun ödənilməsi barədə xəbərdarlıq edilib və daha sonra borclu bir müddət ödəmə və çağırışlardan yayındığı üçün 21 yanvar 2025-ci il Salyan Rayon İcra və Probasia şöbəsinin icra məmuru X2 qərarı əsasında Salyan RPŞ-nə borclunun axtarılması üçün müraciət edilib və axtarışla icraya gəlmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-216/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1 maddəsinə əsasən borclu 500 manat cərimə edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Vətən Müharibəsinin iştirakçısı olduğunu, müəyyən vaxt fasilələri ilə yük maşını sürdüyünü, rəsmi iş yerinin olmadığını, son bit ayda yenidən işə başladığını, hər gedişə 50 manat aldığını, həmçinin 4 yaşında uşağının olduğunu, özünün də ehtiyaclarının olduğunu, eləcə də, borcunu birdəfəlik tam ödəyə bilməyəcəyini və hissə-hissə ödəmə edəcəyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, işsiz olmasına rəğmən müharibə iştirakçısı olduğu üçün aldığı 80 manat müavinətin 56 manatınının müvafiq bank tərəfindən tələbkarın xeyrinə tutulmasına razılıq vermiş, lakin bir müddət sonra banka borcu olduğu üçün ödəmə bank tərəfindən dayandırılmışdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Məhkəməsinin 2(057)-1113/2024 sayli xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbkar, həmin məhkmənin 2(057)-1997/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs2 bildirmişdir ki, borclunun cərimə olması istəmir, onun tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1997/2024 saylı xx.xx.2024-cü il tarixli il tarixli icra sənədinə əsasən, borclu Şəxs Əkbər oğlundan Zərərçəkmiş şəxs1 xeyrinə 05 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 ( bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət etmişdir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1997/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1997/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli il tarixli qərarına əsasən, icra sənədinin icrasının təmin etməyi və 05 dekabr 2024-cü il tarixdə Salyan Rayon İcra və Probasiya Şöbəsinə gəməyi tələb olunaraq xəbərdarlıq edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1113/2024 sayli xx.xx.2024-cü il tarixli qərarı əsasən cavabdeh yəni borclu Şəxs 3034 (üç min otuz dörd) manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət etmişdir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1113/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ərizəçi Zərərçəkmiş şəxs2 borclu barəsində bütün tədbirlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, borclu Şəxs ona olan borcu, yəni 3034 manatı tam ödəməlidir, hissə-hissə ödənilməsinə razılıq verməmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, icra sənədindən xəbərdar olduğunu, lakin onun maddi imkanı olmadığı üçün borcunu tam məbləğdə ödəmədiyini qeyd etmişdir. Salyan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra qərarı əsasında borclunun axtarılmasl üçün Salyan RPŞ-nə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-216/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu Şəxs izahat və iltizama imza atmasından bəlli olur ki, o, borcunu danmır və ödənişi tam yox, hissə-hissə ödəyə biləcəyini bildirmiş və müharibə iştirakçısı kimi aldığı müavinətdən hər ay 56 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödenildiyini bildirmişdir. Belə ki, “İnkasso Sərəncamları”dan görünür ki, borclu müəyyən vaxtlarda 56 manat olmaqla beş ay borcluya məxsus bank kartına ödəniş etmiş və bununla bağlı “İnkasso Sərəncamları mövcüddur. Bundan başqa təqdimata əlavə edilmiş materiallardan görünür ki, Şəxs Ədalər oğlu, 28.2.2025-ci il tarixdə 140 AZN, xx.xx.2025-ci il tarixdə 80 AZN, xx.xx.2025-ci il tarixdə 100 AZN və xx.xx.2025-ci il tarixdə 100 AZN tələbkara ödəmiş və bu barədə ödəniş qəbzləri mövcüddur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilməsə də, müəyyən vaxtlarda, son olaraq xx.xx.2025-ci il tarixdə, yəni qeyd olunmuş protokol Salyan Rayon Məhkəməsinə daxil olduğu gündən 17 gün əvvəl 100 AZN tələbkara ödəməklə icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu ödəməkdən qəsdən yayınmamışdır. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə tələbkarın, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, eləcə də barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə borcundan 420 manat ödəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasınd nəzərdə tutulmuş icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmir, belə ki, hazırkı halda borclu Şəxs işsiz olmasına rəğmən müharibə iştirakçısı olduğu üçün aldığı 80 manat müavinətin 56 manatınının müvafiq bank tərəfindən tələbkarın xeyrinə tutulmasına razılıq vermiş, lakin işləməməsi səbəbindən borcunu tam ödəyə bilməmişdir. Qeyd olunanlara əsasən icra sənədinin üzürsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar