Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-695/2025 23.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs və X4 iştirakları ilə, xx.xx.2006-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Salyan şəhər T.Xəlilbəyli küçəsi ev 71-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 157 və 232-1-ci maddələri ilə maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli MN 1654924/308 saylı, xx.xx.2025-ci il tarixli, MN 1654923/306 saylı və xx.xx.2025-ci il tarixli, MN 1654925/307 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN 1654924/308 saylı, xx.xx.2025-ci il tarixli, MN 1654923/306 saylı və xx.xx.2025-ci il tarixli, MN 1654925/307 sayl inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhər Ə.Quliyev küçəsində olan zaman Zərərçəkmiş şəxs və onun qızı X5 uca səslə təhqir edərək xirda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə Salyan şəhər Ə.Quliyev küçəsində olan zaman Zərərçəkmiş şəxs və X5 döyərək döymə inzibati xətasını törətmişdir. Digər protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evin yəni Salyan şəhər Ə.Quliyev küçəsində yerləşən evinin qapısını sındıraraq ona 350 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X11 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il də vətəndaş X8 102 qaynar xəttə zəng edərək evlərinin həyətində baş vermiş hadisə bağlı məlumat vermişdir. Dərhal əməliyyat qurupu hadisə yerinə, yəni Salyan şəhər Ə.Quliyev küçəsinə gəlmişdilər. Zərərçəkmiş şəxs və X3 arasında mübahisə baş vermişdir. Narxanım Vüsaləyə məxsus evin qapısını sındırmış, Vüsalə və qızı Sevgiyə xəsarət yetirmiş və uca səslə ictimaiəti pozaraq nalayiq ifadələr işlədərək xirda xuliqanlıq hərəkətləri etmişdi. Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Tural Fərmanli hadisədən qənaətə gələrək müəyyən etmişdir ki, Şəxs əməlində İXM-nin müvafiq maddələri, yəni 510 xuliqanliq, 157 döymə, xəsarət yetirmə və 232-1-ci maddəsi, yəni əmlakı qəsdən məhv etmə və ya zədələmə tərkib elementləri var. Həmin maddələrə əsasən prosesual tədbirlər görmək üçün barəsində inzibati protokol tətbiq edilərək Şəxs Salyan rayon polis şöbəsinə gətirilmiş və araşdırma əsasında müvafiq sənədlər toplanıb barəsində hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə bir neçə ay əvvəl Vüsalənin qonşuluğunda yaşamağa başlamışdır. Onların münasibəti həmin vaxtdan normal olmamışdır. Hadisə günü xalası Yaqut ona və Rəhiməyə zəng edərək Vüsalənin Yaqutu söyüb təhqir etməsini və bunun əsasında halının pisləşməsini bildirmişdir. Daha sonra bacısı ilə birlikdə Vüsalənin evinə gəlib amma Vüsaləni evdə tapmamışdılar. Bu vaxt evdə olan Vüsalənin qızı Sevgini qorxudub onu həyətə çağırmışlar. Sevgi qapını açmaq istəməyəndə qapını qırmışlar. Bu zaman Vüsalə evə polis əməkdaşları ilə gəlmişdir və daş götürüb üzərilərinə gəlmişdir. Sevgi də daş götürüb Rəhimə üzərinə gəlmişdir. Rəhimə də Sevgini yerə yıxıb təpiklə vurmuşdur. Daha sonra polis əməkdaşları onları ordan aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Vüsalə ilə mübahisə edərkən Vüsalənin boyunbağısı qırılmış, onlar boyunbağını Vüsaləyə vermişdilər. Polis bolməsinə gətirilərkən bölmənin içində Rəhimə Vüsalə ilə yenidən mübahisə etmiş və bacısına kömək edərək Vüsalənin saçından yolmuşdur və bu zaman polis əməkdaşları onları ayırmışdır. Etdiyi əməlindən peşman deyildir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 11 iyun 2025-ci ildə rayon mərkəzində mağazada olarkən qızı Sevgi ona zəng edərək Rəhimə və Narxanımın evə girmək istədiyini, bu zaman qızı qapını açmadığı üçün qapını qırmalarını bildirmişdir. Bu zaman 102 xidməti-zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş və dərhal hadisə yerinə getmək istəyərkən yolda post patrol polis əməkdaşlarını görüb onlardan kömək istəyərək eve əgetmişdir. Evə gələrkən Rəhimə və Narxanımın qızını qorxudaraq evin qapısına zərbə vurduğunu görmüş, qızını qorumaq üçün əlinə daş alıb hücum etmişdir. Rəhimə Sevgini yerə yıxaraq təpik vurmasını və Narxanım da onun üzərinə gəlməsini, bu zaman boynunda olan boyunbağının qırılaraq yere düşdüyünü bildirmişdir. Polis əməkdaşları onları ayrıb polis bolməsinə aparmışdır. Polis bölməsində izahat zamanıda aralarında yenidən mübahisə yaranmış və dava düşmüşdür. Şikayətçı olduğunu və Narxanıma ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir və barışmaq istəmədiyini demişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki,11 iyun 2025-ci il də evde olarkən iki nəfər əvvəlcədən tanıdığı amma yaxın münasibətləri olmadığı Rəhimə və Narxanım evlərin qapısını təpikləyib açmaq istəyiblər. O isə qorxduğundan qapını açmayıb anası Zərərçəkmiş şəxs zəng etmişdir və 102 xidmət-zəng mərkəzi sisteminə məlumat vermişdir. Bir müddət sonra anası polislərlə birlikdə gəlmiş və yenidən qızlarla aralarında dava baş vermişdir. Anasına kömək edərkən Rəhimə onu yerə yıxıb təpikləmiş, xəsarət yetirmişdir. Polis əməkdaşları araya girib aranı sakitləşdirib və onları oradan uzaqlaşdırmışlar. Əlavə olaraq bildirmişdir ki, xəsarəti olduğu üçün məhkəmə-tibbi ekspertizasından keçmək istəyir. Daha sonra Sevgi bildirmişdir ki, polis bölməsinə ərizə ilə özü müraciət edb və polis bölməsində RPŞ-nin Təhqiqat Bölməsinin rəisi Zamiq Seyfullayevin qəbulunda sonra Rəhimə anidən üzərinə hucum etmiş və anasının qarın və üzünə yumruq zərbələri vurmuş və Narxanım da onun özünə hücum etmişdir. Polis əməkdaşları onları ayırıb ordan uzaqlaşdırıblar. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510,157 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan şəhəri Ə.Quliyev küçəsində yaşayan Zərərçəkmiş şəxs və X4 Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizələri əsasında toplanmış material üzrə Şəxs və X1 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X1 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X2 verilmişdir. xx.xx.2025-ci il tarixli, MN 1654924/308 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs və X7 usa səslə təhqir edərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli, MN 1654923/306 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs və X7 döyərək döymə inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli, MN 1654925/307 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs məxsus evin qapısını sındıraraq ona 350 manat maddi ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510, 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhər Ə.Quliyev küçəsində olan zaman Zərərçəkmiş şəxs və onun qızı X5 uca səslə təhqir edərək xirda xuliqanlıq inzibati xətasını törətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə Salyan şəhər Ə.Quliyev küçəsində olan zaman Zərərçəkmiş şəxs və X5 döyərək döymə inzibati xətasını törətmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evin yəni Salyan şəhər Ə.Quliyev küçəsində yerləşən evinin qapısını sındıraraq ona 350 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510,157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri hesab edilir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, həmçinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmadığını və ona vurulmuş zərəri ödəmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şəxs bundan əvvəl də İXM-in müvafiq maddəsinə əsasən məhkəmənin qərarı əsasın da cərimə edilmişdir və bu onun islah olunmasına heç bir təsiri olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, məhkəmə baxışı zamanı o, əməlindən peşman olmadığını, barışmaq istəmədiyini bildirməklə, yüngül inzibati təhbehlə islah olunmayacağını sübut etmişdir. Lakin həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510,157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 157-ci maddəsi ilə 15( on beş) gün müddətə inzibati həbs edilsin İnzibati həbs etmənin əvvəli 23 iyun 2025-ci il tarixdən, saat 18:00- dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-695/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-695/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver