Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-7/2023 06.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə, Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitənin qəbulunda və üzərində saxlamaqla daşımaqda şübhəli bilinən Salyan rayonu Qaraçala qəsəbə sakini Şəxs 2022-ci il noyabrın 02-də şübhəli kimi saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir. Araşdırma zamanı müəyən edilmişdir ki, Şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,33 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2022-ci il noyabrın 2-də saat 18:00 radələrində Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 18:45 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasmının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı X3 tərəfindən 06 yanvar 2023-cü il tarixli, MN № 1458288/05 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər 2017-ci ildə Salyan rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2018-ci ildə cəzanın sonu ilə azad edilmiş, narkotik aludəçisidir. 02 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evin yaxınlığında 2 nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində olan 01 ədəd selofan bükümdə olan marixuananı çıxardıb təqdim etmişdir. Polis şöbəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitəni 2 gün əvvəl günorta saatlarında yaşadığı Qaraçala qəsəbəsində toya gedərkən yolda yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, lakin həmin gün toyda spirtli içki qəbul etdiyindən həmin narkotikdən qəbul etməyi unutmuşdur. Törətdiyi əmələ görə peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Həmin qərardan həmçinin müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2022ci il tarixli, 1141 nömrəli rəyinə əsasən, Şəxs kannabionoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Həmin qərardan müəyyən olunur ki, göstərilən fakt üzrə məhkəmə-bioloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 18/1191 saylı rəyinə əsasən, tədqiqata təqditm edilmiş üzərində: «Şəxs üzərindən» sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi – 0,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinin tələbinə əsasən dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs Salyan RMX X5 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X7 göndərilməlidir. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada məhv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Salyan RMX X7 göndərilsin. İş üzrə maddi sübut olan və Salyan rayon Polis şöbəsində saxlanılan, təmiz çəkisi 0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-7/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-7/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver