Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-704/2025 30.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan RPŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhəri Stansiya ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində Zərərçəkmiş şəxs döyüb xəsarət yetirməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin sahə rəisi X2 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayev raportla məruzə edərək, Salyan RPŞ-nə yazdıqları ərizə əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanada Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğunun müəyyən edilməsini bildirmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs N saylı hərbi hissədə xidmət etdiyti zamandan tanıyır, ondan borc və faiz olaraq pul götürmüş, həmin pullarla bağlı aralarında mübahisələr yaranmışdır, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə aralarında telefon danışı olan zaman Gülmira yenidən onun və ailəsinin ünvanına nayaliq ifadələr işlətmiş, buna görə də əsəbləşərək Bakı şəhərindən Gülmirənin yaşadığı ünvana gəlmiş, onların həyətlərində onunla mübahisə etmişdir. Həmin gün o, Gülmiraya qarşı fiziki zor tətbiq etməmiş, Gülmiranın onun ünvanına dediyi sözlərə cavab olaraq o da Gülmiraya qarşı nalayiq ifadələr işlətmişdir. Gülmiranın bədənində olan xəsarətin hansı şəraitdə yaranması ilə heç bir fikri yoxdur. Himayəsində iki azyaşlı uşağının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, N saylı hərbi hissədə mülki işci olaraq zal xidmətçisi işlədiyi zaman Şəxs də həmi həmin hərbi hissədə xidmət etmiş, onu həmin hərbi hissədə işlədiyi zamandan tanıyır. Seymurun ona 10000 manat pul borcu olmuş, həmin pulun qaytarılmasını tələb etmək üçün aralarında olan telefon danışığı zamanı-xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində Şəxs ailəsinin deyil, yalnız öz ünvanına nalayiq ifadələr işlətmiş, buna görə də Şəxs yaşadığı evin həyətinə gələrək onun saçından tutub bir dəfə boynundan vurmuş, daha sonra bir dəfə də başından vurmuş, bundan sonra yerə yıxılaraq qolu əzilmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayev tərəfindən tərtib olunmuş 16 iyun 2025-ci il tarixli “cinayyət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayor Akif Abdullayev tərəfindən tərtib olunmuş 16 iyun 2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt şəhər sakini Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi əlamətləri olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Çuxanlı kənd ərazisində həmin kənd sakini X3 döyərək inzibati xəta törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Sumqayt şəhər sakini Şəxs xx.xx.2025-cü il tarixdə Salyan rayon Çuxanlı kəndi ərazisində X3 döyərək inzibati xəta törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və araşdırma aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Çuxanlı kənd ərazisində X3 döymüş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. 16 iyun 2025-ci il tarixli “cinayyət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda istinad olunan xx.xx.2025-ci il tarixli 270 saylı məhkəmə-tibb ekspertizasının rəyinə əsasən 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol dirsək nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə müddəti şəxsin göstərdiyi kimi xx.xx.2025-ci il tarixə uyğundur və şəxsin dediyi şəraitdə baş verməsinə xarakterikdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən himayəsində iki azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 əməlində İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 114, 115 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-704/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-704/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver