Məhkəmə qərarları › İş №3(057)-705/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-705/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-705/2024 31.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin sahə rəisi X5, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs qızının xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № 1954042/889 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Salyan RPŞ-dən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № 1954043/890 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs 20 manat dəyərində internet xəttini kəsmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Salyan RPŞ-nin sahə rəisi X10 göstərmişdir ki, Salyan RPŞ-nin TB-yə daxil olmuş məlumat əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrinin tələblərini pozduğu üçün inzibati protokollar tərtib olunmuşdur. Protokolu müdafiə edir. Məhkəmədən qanunamüvafiq qaydada qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, əri X1 Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İki azyaşlı uşağı ilə birlikdə Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşayır. O, həmin binanın 4-cü mərtəbəsində 14 ildir yaşayır. Zərərçəkmiş şəxs isə birinci mərtəbədə 2 ildir ki, yaşayır. Demək olar ki, hər gün Arifə və Fidan adlı qadın ona problem yaradır. Hər dəfə binaya daxil olarkən mobil telefonunda olan səsyazma praqramından istifadə edirdi. Belə ki, onların ona nəsə edəcəyindən narahatdır. Hadisə günü su çənini doldurmaq üçün gedən zaman Fidanla Arifə pilləkəndə söhbət edirmişlər. Onlar onun qarşısını kəsərək, Fidan onun əllərindən tutmuş, Arifə isə saçlarından tutaraq yolmuşlar. O, da Arifənin saçlarından tutmuşdur. Onun səsinə qonşular gəlmişdir. Onun internet xəttini kəsdikləri üçün o da, Arifənin internet xəttini kəsmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs şikayətçidir. Onunla barışmaq fikri yoxdur. İş materiallarında olan Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 2-də yaşayan Ələkbərova X9 və Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 7-də yaşayan Şəxs Salyan RPŞ-nə yazdığı ərizələri əsasında toplanmış material üzrə Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilməsi, Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 2də yaşayan Zərərçəkmiş şəxs və Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 7-də yaşayan Şəxs əməllərində İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X3 verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin sahə rəisi X10, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 232-1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, İXM-nin 232-1-ci madəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə-özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyun 2024cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli MN № 1954042/889 və MN № 1954043/890 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sübutlarla Şəxs İXM-nin 53.1 və 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar onun himayyəsində azyaşlı uşaqların olmasıdır. İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə aşağı həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar