Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-705/2025 30.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Zərər çəkmiş şəxs-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Mirzə Cəbrayıl oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş MN № 1954426/324 saylı, 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün 30 iyun 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. MN № 1954426/324 saylı, 30 iyun 2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş X1 xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus mağazadan 35 manat dəyərində 5 litrlik yağ oğurlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ailəlidir və bu nikahdan 3 övladı var. Hadisə vaxtı alkoqollu içkinin təsiri altında olmuşdur. Zərəçəkmiş şəxslə barışığın əldə olunmasına münasibətdə dəymiş ziyanı ödəməyə hazırdır. Salyan Rayon Məhkəməsi tərəfindən yanvar ayında eyni məzmunlu inzibati xətaya münasibətdə barəsində 1 aylıq inzibati həbs cəzası verilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan qiyməti 35 manat olan 5 litrlik duru yağın oğurlanması hadisəsi baş vermiş və bu barədə aparılan araşdırmanın nəticəsi olaraq hadisənin Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Qeyd olunan hadisəyə münasibətdə cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmiş və İXM-in 227-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin törədilməsi barədə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məxsus mağazanın qapısını sındırmaqla daxil olaraq qiyməti 35 manat olan 5 litrlik duru yağı oğurlamış və ona maddi ziyan vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir və onlar arasında barışıq yoxdur. Qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Salyan şəhəri, Şəhriyar küçəsi, ev 29-da yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli müraciəti əsasında toplanmış material üzrə naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Salyan şəhəri, Şəhriyar küçəsi, ev 29-da yaşayan Zərərçəkmiş şəxs məxsus dükandan 1 ədəd, 5 litrlik duru qarğıdalı yağını oğurlamış naməlum şəxsin müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin İTB-nə və CAB-nə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 3(057)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 4(057)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təqdimat və vəsatət təmin edilərək,xx.xx.1985-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadasn olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 26 iyun 2025-ci il tarixdə, saat 17:10-dan hesablanmışdır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Salyan Rayon Məhkəməsinin 3(057)-114/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsinə əsasən təqsirli bilinərək 1 ay müddətinə həbs edilməsi İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta hadisəsini törədərkən sərxoş halda olması İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunur. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halları qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «30» iyun 2025-ci il tarixdən, saat 12:21-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxsnin inzibati həbs müddətinin başlanğıcı 30 iyun 2025-ci il tarixdən, saat 12:21dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-705/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-705/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver