Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-706/2024 31.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs Vaqif qızının iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu Quyçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 3, mənzil 1 qeydiyyatda olmaqla, Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1954041/888 saylı və xx.xx.2024-cü il tarixli, MN 1954040/887 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954041/888 saylı və Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1954040/887 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs 20 manat dəyərində internet xəttini kəsərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs ilə qonşusu Zərərçəkmiş şəxs arasında Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5-də olan zaman Zərərçəkmiş şəxs qonşusu Şəxs vuraraq ona döş qəfəsinin ön səthinin, sol çiyin nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən nəticələnən və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və Şəxs da Zərərçəkmiş şəxs vuraraq, ona başın tüklü hissəsinin qançırı küt əşya (əşyalar) təsirindən nəticələnən və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş nəticədə Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs və Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin, Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs 05 iyun 2024-cü il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs evinə çəkilmiş internet naqilini, həmçinin Zərərçəkmiş şəxs da Şəxs evinə çəkilmiş internet naqilini kəsərək, yararsız hala salmış nəticədə Zərərçəkmiş şəxs 20 (iyirmi) manat, Şəxs isə 5 (beş) manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, təxminən 2 ildir ki, Salyan şəhəri Ə.Quliyev küçəsində yaşayır. Sevər adlı şəxs onun qonşusudur. Fidan adlı şəxs də onunla qonşuluqda yaşayır. Orada yaşadığı müddətdə heç kim ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Münasibəti hamı ilə yaxşı olmuşdur. Sevər adlı şəxs və onun həyat yoldaşı Elşən Xankişiyev oraya köçdüyü müddətdən onunla qərəzli mövqe saxlamışdır. Belə ki, qonşusu Fidanın evini Elşən Xankişiyev 2023-cü ilin iyul ayında Fidanın fərdi yaşayış evini yandırmışdı. Elşən həmin evi yandıran zaman o, Elşəni görmüşdür və bu barədə Salyan rayon polis şöbəsində izahat da vermişdir. Sevər də onun orada Sevərin əri Elşənin əleyhinə izahat verdiyi üçün yaşadığı binada onunla prinsip aparır. 04 iyun 2024-cü il tarixdə yaşadığı evdə imiş. Qonşusu Fidan onu çağırıb, oğlu Nihadın evdə olub-olmamasını soruşdu. Həmin zaman Fidan ilə söhbət edirmişlər. Sevər yuxarı çıxan zaman Fidan da yanında imiş. Sevər yuxarı qalxan zaman onun Sevərin ərini tutdurduğunu və balalarını atasız qoymağını bildirərək, onu didərgin salacağını bildirdi. Yuxarı qalxan zaman Sevər əlini onun saçına atdı. Saçını yolmağa başladı və sinə barmaq nahiyəsini cırmaqladı. Fidan tez yanına gəlib, əlində olan azyaşlı uşağı aldı və evə apardı. Həmin zaman nə o, nə də Fidan Sevəri döyməmişlər, Sevər onu döyən zaman Fidan onu Sevərin əlindən almışdır. Döyüldüyü üçün Məhkəmə-X2 keçmişdir. 05 iyun 2024-cü il tarixdə saat təxminən 19 radələri idi. O, yaşadığı evdə imiş. İnternetin olmadığını görmüşdür. Bir qədər gözləmişdir. Lakin modemdə qırmızı işıq yandığı üçün o, internetin zədələndiyini bilmişdir. Sonra qırağa çıxan zaman modemin pilləkənin üst tərəfindən kəsildiyini aşkar etmişdir. Belə ki, Sevər adlı şəxs kabeli yararsız hala salmışdır. Həmin kabelin yararsız hala salınması nəticəsində ona 5 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs şikayətçidir. Onunla barışmaq fikri yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Vaqif qızı izahatında bildirmişdir ki, Fidan və Arifə adlı şəxslər onunla qonşuluqda yaşayır. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Fidan adlı şəxs ona şər atdığı üçün 2023-cü ilin iyul ayında əri Elşən Fidana məxsus olan evi yandırmışdır. Elə həmin zamandan da etibarən Fidan adlı şəxs və Arifə adlı şəxs onunla qərəzli mövqe saxlayır. O, yaşadığı evə gedən zaman Fidanın evinin qarşısında keçir. Belə ki, Fidan birinci mərtəbədə o isə dördüncü mərtəbədə yaşayır. 04 iyun 224-cü il tarixdə saat 12 radələrində özünə məxsus olan evə gedirmiş. Həmin zaman Arifə və Fidan adlı şəxslər yaşadığı binanın girişində öz evlərinin qarşısında dayanmışdılar. Həmin zaman onlara əhəmiyyət verməyib yuxarı mərtəbəyə evinə doğru pilləkəndə irəliləyən zaman Arifə arxası ilə gəlib ona söz atmağa başladı. O, Arifəyə əhmiyyət verməmişdir. Lakin Arifə qəflətən arxadan saçına əl ataraq, saçından yolmuşdur. O, Arifədən aralanmaq istəyən zaman buna imkan vermirdi. Buna baxmayaraq, o, Arifəni vurmamışdır. Fidan adlı şəxs yanına gələrək, onları ayırmaq bəhanəsi ilə onun bədəninə, başına vuraraq əlindən tutmuşdur. O, Arifə və Fidan iki nəfər olduğu üçün onlara güc tətbiq edə bilməmişdir. Zorla canını onlardan qurtarmış və yaşadığı evə qaçmışdır. Dərhal bu barədə DİN-in “102” Xidməti-X8 müraciət etmişdir. Hazırda Arifə və Fidan adlı şəxslər tərəfindən döyüldüyü üçün Məhkəmə-tibbi ekspertizasından keçmək istəyir. 05 iyun 2024-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evə gəlmişdir. Həmin zaman evdə internet olmadığını görmüşdür. İki saat internetin gəlməsini gözləmişdir, lakin sonra gəlmədiyini görmüşdür. Arifə adlı şəxsin onu yararsız hala salmasından şübhələnmişdir. Qırağa çıxan zaman internet kabelinin kəsildiyini görmüşdür. Yenə də dərhal bu barədə DİN-in “102” Xidməti-X8 müraciət etmişdir. Elə həmin gün o da aşağı düşüb, Arifəyə məxsus olan intenet xəttini kəsmişdir. Lakin sonradan o, həmin xətti düzəltdirmişdir. Arifə adlı şəxsin internet xəttini kəsməsi nəticəsində ona 20 manat maddi ziyan dəymişdir. Şəxs şikayətçidir. Onunla barışmaq fikri yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs və Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə yazdığı ərizələri əsasında toplanmış material üzrə Zərərçəkmiş şəxs və Şəxs əməllrində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs və Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmalı və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir. xx.xx.2024-cü il tarixli, MN 1954041/888 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. xx.xx.2024-cü il tarixli, MN 1954040/887 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs 20 manat dəyərində internet xəttini kəsərək inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs ilə qonşusu Zərərçəkmiş şəxs arasında Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5-də olan zaman Zərərçəkmiş şəxs qonşusu Şəxs vuraraq ona döş qəfəsinin ön səthinin, sol çiyin nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən nəticələnən və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və Şəxs da Zərərçəkmiş şəxs vuraraq, ona başın tüklü hissəsinin qançırı küt əşya (əşyalar) təsirindən nəticələnən və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş nəticədə Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs və Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin, Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 2-də yaşayan Şəxs 05 iyun 2024-cü il tarixdə Salyan şəhəri Ə.Quliyev küçəsi bina 5, mənzil 7də yaşayan Zərərçəkmiş şəxs evinə çəkilmiş internet naqilini, həmçinin Zərərçəkmiş şəxs da Şəxs evinə çəkilmiş internet naqilini kəsərək, yararsız hala salmış nəticədə Zərərçəkmiş şəxs 20 (iyirmi) manat, Şəxs isə 5 (beş) manat dəyərində maddi ziyan vurulmuşdur. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 157ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.1.3-cü maddəsinə əsasən, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan biri hesab edilir. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. “Elektron Məhkəmə İnformasiya Sistemi” üzrə sorğu məlumatlarından görünür ki, Şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı on dörd yaşınadək uşaqları vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun himayəsində on dörd yaşınadək uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmadığını və ona vurulmuş zərəri ödəmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, himayəsində on dörd yaşınadək uşaqlarının olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunması isə ona görə məqsədəmüvafiq deyildir ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 157-ci maddəsi ilə 400 (dörd yüz) manat miqdarda cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-706/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-706/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver