Məhkəmə qərarları › İş №3(057)-707/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-707/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-707/2025 30.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli MN № 2196617/326 saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnizbati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonu, 2-ci Varlı kəndində arvadı (Pənahova) Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 iyun 2025-ci il tarixdə zərər çəkmiş şəxslə arasında söz-söhbət olmuş, nəticədə zərər çəkmiş şəxsi döymüşdür. Zərər çəkmiş şəxs Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Şəxs 28 iyun 2025ci il saat 23:30- da tutularaq Şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yoldaşı ilə mağazaya gedərək bazarlıq etmişlər. Zərər çəkmiş şəxsə 1 dəfə sillə vurmuşdur. Daha sonra işə getmiş, qayıdanda görmüşdür ki, yoldaşı evdə deyildir. Hazırda barışmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmışlar, ondan heç bir şikayəti yoxdur. Abbasovla barışdığının və şikayətinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Akif Abdullayevin xx.xx.2025-ci il tarixli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Yolüstü kəndində yaşayan Şəxs Əbüsət oğlu 2-ci Varlı kəndində qaynanası X2 qəsdən döyərək sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyindən barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı yekun protokolu ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün Salyan Rayon Prokurorluğuna göndərilmiş, Şəxs əməlində xuliqanlıq cinayət tərkibi olmadığından barəsində CM-nin 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Əbüsət oğlunun arvadı Zərərçəkmiş şəxs döyərək fiziki ağrı yetirməsi əməlində cinayət tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanması rədd olunmuş, lakin əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati tənbeh tətbiq olunması üçün qəbul edilmiş qərar Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 027903 nömrəli, 28 iyun 2025-ci il tarixli protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 011105 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə əsasən üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmış, lakin hazırda barəsində inzibati qaydada icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar