Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-708/2024 30.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsi ərazisində X5 tərəfindən çirkab suların ətraf mühitə birbaşa axıdılması faktı aşkar olunmuşdur. Nəticədə, X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində “Köhnə Karyer” adlanan yerin yaxınlığında, “Google map” tətbiqində təyin edilmiş koordinatı 39.850076, 48.955457 olan nöqtədə yerləşən və mişar daşından inşa edilmiş heyvandarlıq fermasının fəaliyyəti zamanı formalaşan maye tullantıların kiçik diametrli metal boru vasitəsilə asfalt yolun kənarında qazılmış kiçik ölçülü kanala axıdılması, bu maye tullantıların oradan da relyefə uyğun olaraq daha çökək əraziyə axaraq 0,4 ha ərazini çirkəndirilməsi faktı aşkar olunmuşdur. Sözügedən əraziyə yaxınlaşan “Mercedes” markalı avtomobili idarə edən və adını bildirməyən şəxs bu ərazidə işlədiyini, məsələ ilə əlaqədar mobil telefonla obyektin sahibinə məlumat verdiyini bildirsə də, araşdırma müddətində obyektin istifadəçisi, mülkiyyətçisi və yaxud hər hansı səlahiyyətli şəxs araşdırmada iştirak etməmişdir. Ərazi perimetr boyu hasarlandığından, ərazidəki darvaza bağlı olduğundan tərəflərindən aparılan araşdırma zamanı obyektin sahibi və ya istifadəçisi müəyyən olunmamışdır. Tərəflərindən aparılan araşdırma zamanı çəkilən foto və video görüntülər çəkilərək akta əlavə olunmuşdur. Salyan Rayon İcra Hakimiyyətinin 05 may 2024-cü il tarixli məktubu ilə Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində “Köhnə Karyer” adlanan yerin yaxınlığında, “Google map” tətbiqində təyin edilmiş koordinatı 39.850076, 48.955457 olan nöqtədə yerləşən və mişar daşından inşa edilmiş heyvandarlıq fermasının Vüqar Cavadovun istifadəsində olduğu bildirilmişdir. Odur ki, aşkarlanmış inzibati xətaya görə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, qeyd edilən ünvanın onun istifadəsində olduğunu təsdiq edən hər hansı mötəbər sənəd mövcud deyildir. Onun indiyədək hər hansı bir təsərrüfat obyekti olmamışdır. Protokol tərtib etmiş orqan icra hakimiyyətinin arayışı əsasında həmin protokolu tərtib etmişdir. Ümumiyyətlə, nəyə görə məhz onun barəsində protokol tərtib olunduğunu başa düşə bilmir. Odur ki, iş üzrə ətraflı araşdırma aparılaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır.. Belə ki, inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X1 Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmamışdır. Belə ki, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanının 20-ci bəndində qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "Azərsu” Açıq Səhmdar Cəmiyyəti adından Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri tərəfindən tərtib edilir. Göründüyü kimi, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X4 inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığı halda, o, bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, tərtib olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və xətanın mahiyyəti göstərilsə də, inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0.3-cü maddəsinə əsasən, hakim inzibati xətalar haqqında işlərə baxarkən, digər məsələlərlə yanaşı, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-708/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-708/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver