Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-709/2024 01.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Neftçala RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materialara 01 avqust 2024-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonunun, Arbatan kəndinin ərazisində etibarnamə ilə “Vaz 2106” markalı, avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozduğu üçün, DYP əməkdaşları tərəfindən saxlanılmış, araşdırma zamanı məlum olmuşdur ki, avtomomili sürücülük hüququ olmadan narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin Salyan rayon Yol patrou xtdməti inspektoru, polis serjantı X1 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətdiyi xətaya görə peşman olduğunu göstərərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 202 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs avtomobili narkotik vasitənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətaların törədilməsində təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əmlində məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin faktiki təsdiq olunması qənaətinə gəlməklə hesab edir ki, onun barəsində törətdiyi xətaya görə məsuliyyət müəyyən edilmiş sanksiya çərçivəsində yəni Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43,114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-709/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-709/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver