Məhkəmə qərarları › İş №3(057)-710/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-710/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-710/2025 08.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.1979-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “VOLKSWAGEN BORA MİNİK” markalı 99FY512 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 328.1, 346.4-cü maddələri ilə tərtib olunmuş EQ 24202038, EQ24242568 və EQ 24265411 saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarları qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Salyan RPŞ tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı və eyni tarixli İXP ******* saylı; DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq Salyan RPŞ tərəfindən xx.xx.2025ci il tarixli məktubla baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ 24202038 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 10 manat, dəbbə pulu 6 manat, cəmi 16 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ 24242568 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 80 manat, dəbbə pulu 48 manat, cəmi 128 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ 24265411 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 80 manat, dəbbə pulu 48 manat, cəmi 128 manatdır. İş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş sistemindən xx.xx.2025-ci il tarixli çıxarışlardan görünür ki, EQ 24202038, EQ 24242568 və EQ 24265411 saylı inzibati xəta haqqında protokollar üzrə cərimələr ödənilməmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar