Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-712/2024 20.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarıxli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. Tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, o, 1977-ci ildə Salyan rayonunda anadan olmaqla hazırda da rayonun Kürqaraqaşlı İnzibati Ərazi Nümayəndəliyinin Beşdəli kəndində yaşayır. Ailəlidir və 4 uşaq atasıdır. Uzun illərdir ki, Salyan rayon Suvarma Sistemləri İdarəsində maşinist vəzifəsində işləyir. Bu səbəbdən də Kür çayı ilə daimi əlaqəsi var və işlədiyi Su Nasos stansiyası Kür çayının üstündə yerləşir. Qohumları Kür çayının digər sahilində yəni Neftçala rayonu ərazisində yaşadıqlarından vaxtaşırı olaraq Kür çayından keçərək qohumları ilə əlaqə saxlamaq üçün ona kiçik ölçülü qayıq lazım olduğundan özünə qayıq alaraq onu özü üçün istifadə edir. 16 aprel 2024-cü il onun iş günü olmasa da anasını özünə məxsus qayıq ilə Kür çayının Salyan ərazisindən Neftçala tərəfinə qohumlarımgilə aparırdı. Çaya girməmişdən əvvəl Kür çayının sahilində yulğun kollarına ilişmiş 10-12 metr uzunluqda bir tor görüb onu bükərək götürmüş və üstü zibilli olmasına baxmayaraq onu qayığa qoymuşdur. Həmin toru götürməkdə məqsədi ondan həyətyanı sahəsində toyuq-cücəni saxlamaq üçün istifadə etmək olmuşdur. Eləcə də həmin tor ərazidə qalsaydı kənar şəxs tərəfindən suya atıla və işlədiyi su nasosuna ilişə bilərdi. Anasını Neftçala sahilinə düşurüb geri qayıdanda, qayığı evinin yaxınlığında Kür çayında, evinə yaxın 50 metr qalmış, qayığı sahilə bağlamaq istəyərkən Ekologiya İdarəsinin əməkdaşı Zeynalov Əliheydər, 2 nəfər motoristlə ona yaxınlaşaraq özlərini təqdim etmədən idarə etdikləri qayıqdan onun qayığının və qayıqda olan tapdığı torun şəklini çəkib heç bir söz demədən getmişlər. Onun adını, soyadını öyrəndilər və mobil telefonunun nömrəsini götürdülər. Daha sonra onun barəsində tərtib olunmuş inzibati protokolda yazılmışdır ki, guya o, qanunsuz balıq ovu etmişdir. Bu əməli və yazılmış protokolu qanunsuz və əsassız hesab etdiyindən xx.xx.2024-cü ildə 3 saylı Şirvan regional idarəsinə getmişdir. Orada hüquqşünas ilə görüşüb yazılmış protokolun qanunsuzluğu barədə ətraflı məlumat vermişdir. Söhbət zamanı bildirmişdir ki, ona yazılan protokolun kim tərəfindən yazılmasını görməmiş və həmin şəxsi tanımır. Faktiki olaraq Əliheydər onun şəklini çəkən zaman heç bir protokol tərtib olunmamışdır. Hazırda protokol yazan şəxsi tanımır və həmin şəxsin protokol yazmasından xəbəri olmamışdır. Bu isə qanunsuzludur. Protokolu yazmış Şamil Səmədov adlı şəxsi tanımır və onu görməmişdir. Onu balıq ovu edən zaman və suya tor atmağını heç kim müşahidə etməmişdir. Toru Kürün sahilindən tapmış, tor həmin vaxt cırıq-sökük və balıq ovu üçün yararsız olmuşdur. O, 4 uşaq atası olmaqla uşaqlarını halal zəhmətilə böyüdür və heç vaxt qanunsuz balıq ovu ilə məşğul olmamışdır. 3 saylı X9 əməkdaşı tərəfindən ona yazılmış inzibatı protokolu qanunsuz hesab edir və onlar bu əməlləri ilə onun huquqlarını kobud şəkildə pozmuşlar. O, X9 əməkdaşlarının qanunsuz əməllərini görmüş və şahidi olmuşdur. Əliheydər özü onunla işləyən işçilərə qanunsuz olaraq tor vermiş və onları balıq ovuna göndərmişdir. Bundan əlavə ekologiya idarəsinin əməkdaşları tərəfindən hər gün qanunsuzluqlar törədilir və balıq ovu üçün onlar özləri şərait yaradırlar. Onun ov etməyi barədə heç bir sübut olmadan inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur. Odur ki, barəsində qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X10 ərizədə qeyd olunan xüsusatları təsdiq edərək 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X7 şikayəti qəbul etməyərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, X10 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 140 nömrəli aktın surətindən görünür ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində avarlı taxta qayıqla qadağan olunmuş müddətdə təksaplı sintetik torla balıq ovlayan Salyan rayonu Kürqaraqaşlı kənd sakini X1, onun avarlı taxta qayığından bir ədəd uzunluğu 40 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 50x50 mm olan sintetik (jilka) tor aşkar olunaraq maddi sübut kimi götürülmüşdür. Akta ərazidən çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X4 çayının Salyan rayonu ərazisindən keçən hissəsində saat 08:00-da istifadə etdiyi avarlı taxta qayıqla qadağan edilmiş müddətdə, qadağan olunmuş alətlə (jilka torla) balıq ovlamışdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2024-cü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş olunmuşdur. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 çayının Salyan rayonu ərazisindən keçən hissəsində saat 08:00-da istifadə etdiyi avarlı taxta qayıqla qadağan edilmiş müddətdə, qadağan olunmuş alətlə (jilka torla) balıq ovlamışdır. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində fiziki şəxs qismində 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun barəsində qanunsuz inzibati protokol tərtib eilməsinə barədə müraciətinə baxılmış və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun barəsində tərtib edilmiş protokolun ləğv edilməsinə dair müraciətinə baxılmış və qanunvericilkdə inzibati xəta haqqında protokolun ləğvi mexanizminin nəzərdə tutulmaması, qərardan məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Beləlikə, məhkəmə iclasında müəyyən olundu ki, X10 tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində saat 08:00-da istifadə etdiyi avarlı taxta qayıqla qadağan edilmiş müddətdə, qadağan olunmuş alətlə (jilka torla) balıq ovlanması faktı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, fiziki şəxs qismində 700 (yeddi yüz) manat miqdarında cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X10 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X5 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-712/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-712/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver