Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-712/2025 01.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğllunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs iştirakları ilə, xx.xx.1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Salyan şəhəri Ə.Quliyev küçəsi ev 7 mənzil 48-də yaşayan Şəxs haqqında Salyan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlı tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 01 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 01 iyul 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-89/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru Mirtaleh Muradlı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il də icraatına daxil olduğu iş üzrə borclu Şəxs bildiriş göndərərək alimentlə bağlı borcunun ödənilməsi bildirilmişdir. Borclu səhəti əlaqəli işləyə bilmədiyini və 2784 manat borcun olmasını etiraf etmişdir. Salyan rayon Plastmas yaşayış massivində ona məxsus evin olmasını və evi satıb yarısını tələbkara verməyə hazır olduğunu bildirmişdir. 01 iyul 2025-ci ildə borclu barəsində protokol tərtib edilərək, aidiyyəti üzrə işə baxılması üçün Salyan rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, bir müddət Salyan Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, spirtli içgilərə meyillidir. Maddi imkanı olmadığından övladlaırna maddi cəhəddən kömək edə bilmir, lakin ona məxsus Salyan Rayonunun Plastmas adlanan ərazisindəki evi övladlarına verməyə və ya satıb pulun yarsını ödəniş etməyə razıdır. Vərəm xəstəliəstəliyindən müalicə aldığını və mütəmadi işləyə bilmədiyini bildirmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirmişdir ki, Şəxs işləmək qabiliyyətinə malikdir, sadəcə aliment ödəmək üçün bəhanə edir. İçki aludəçisidir, ruhi əsəb dispanserinə getməmişdən əvvəl özünə qəsd etmişdir. Müalicə olunub, amma dəyişiklik olmayıb. Alimentin ödənilməsini tələb edir və bununla bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş Ambulator Kitabçadan çıxarışdan görünür ki, Şəxs həmin xəstəxanada ambulator müalicədə olmuş, ona “emosional davamsız tip tez-tez şəxsiyyət pozuntusu-xəstəliyin ağırlaşması halında dekompensasiyalarla, özünə qəsd diaqnozu qoyulmuşdur. Bundan başqa Salyan Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş bir sıra tibbi sənədlərdən Şəxs xroniki bronxit diaqnozu ilə də xəstəxanya müraciət etdiyi və tövsiyə vərəqələri ilə-reseptlərə müxətlif dərman pereparatlarının qəbul edilməsi məsləhət görülmüşdür. Məhkəmə proses iştirakçıların izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan Rayon Məhkəməsinin 2(057)-89/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs X3 xeyrinə 10 oktyabr 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Raml qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alnmaqla,hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qət etmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-89/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 89/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. İşin materiallarından da görünür ki, borclu Şəxs Azərbaycan Səhiyyə Nazirliyin tabelyində olan Salyan Rayonlarararası Psixiatriya Xəstəxanasında müalicə alıb, müxtəlif vaxtlarda həkim rəyləri və müalicə prosedurları keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə tələbkarın, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən borclunun heç bir yetdə işləmədiyi, hər hansı gəlirinin olmaması görünür, bundan başqa yuxarıda qeyd olunmuş tibbi sənədlər əsasında borclunun psixisağlamlıq vəziyyətinin stabil olmadığı, ona “emosional davamsız tip tez-tez şəxsiyyət pozuntusu-xəstəliyin ağırlaşması halında dekompensasiyalarla, özünə qəsd diaqnozunun qoyulması müəyyən edilmişdir. Qeyd olunanları nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs psixi-sağlamlıq durumu və səhhətində olan digər problemlərlə əlaqədar mütəmadi olaraq işləyə bilmir, buna görə aliment borcunu ödəməkdə çətinlik çəkir, onun hərəkətlərində icra sənədini qərəzli şəkildə icra etməmək lə bağlı hər hansı bir hal müşahidə olunmur. Yuxarıda qeyd olunanları və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədinin icra edilməməsində üzürsüz səbəb müəyyən olunmadığından borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-712/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-712/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver