Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-716/2025 03.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun iclas katibliyi, Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Salyan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon İcra və probasiya şöbəsi (icra məmuru Nicat Mahmudov) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1433/2020 saylı xx.xx.2020-ci il tarixli, Salyan Rayon Məhkəməsinin 2(057)-148/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X3 7160 manat aliment borcu yaranmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə icra vərəqəsinə əsasən 18063,5 manat pul alınaraq X3 verilməsi qət etmişdir.17 noyabr 2023-cu il də icraatına daxil olan Salyan Rayon Məhkəməsinin 2(057)-148/2023- 011 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi əsasında borclu Şəxs xx.xx.2023-cu il tarixli qərarla icraata başlanması haqqında bildiriş göndərilərək tələbkar X3 18000 manat pul və mütənasib olaraq ödənilmiş dövlət rüsumu olan 63,25 manat ödənilməsi bildirilmişdir. Buna görə də, borclu barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 03 iyul 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Orta təhsilli olduğunu bildirmişdir. Salyan şəhərində qeydiyyatda olsa da, işi ilə əlaqədar olaraq Salyanda yaşamır. "xxxx" MMC-də təmir işləri üzrə fəhlə işlədiyini demişdir. Alimentlə bağlı 11 may 2023-cü ildə 11 ay 29 gün azadlıqdan mehrum edilmişdir. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq hər ay borcla bağlı ödənişlərinin etdiyini deyir. Belə ki, son 8 ayda tələbkar X3 hər ay 400 manat aliment borcu üçün, 200 manat isə torpaq işi üçün ödəniş etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1433/2020 sayli xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs ilə X4 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 487 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 iddiaçı X4 ilə qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs X2 xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1433/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 1(057)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən borclu Şəxs AR CM-nin 306.1-ci maddəsinə əsasən 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-148/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi 65 k ünvanda yerləşən X1 məxsus torpaq sahəsinin 0,02 ha hissəsində inşa edilmiş bağ evinin tikintisinə çəkilmiş xərclərin yarı dəyəri olan 18000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütansib olaraq ödənilmiş dövlət rüsumu 63,25 manat alınıb X3 verilməsi qət etmişdir. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-148/2023-011 saylı xx.xx.2023-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanl törətməkdə təqsirli bilinərək Abbasov X10 Rayon Məhkəməsinin 3(057)-986/2024 saylı xx.xx.2024-cü il icra vərəqəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun xx.xx.2024-cü il tarixli təqdimatı əsasında Salyan Rayon Məhkəməsinin 8(057)-539/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasında borclu Şəxs ölkədən getmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. 03 iyul 2025-ci il tarixli arayışdan məlum olur ki, borclu həqiqətən də, "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır və ştat cədvəlinə uyğun olaraq 553.43 məbləğində əmək haqqı alır. Zərərçəkmiş şəxs tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 03 iyul 2025ci il tarixdə teleqramda Şəxs tərəfindən aliment borcuna görə 2025-ci ilin mart ayından etibarən hər ay 600 manat ödənildiyi bildirilmiş, və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmaması xahiş eidlmişdir. niş edilir Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləlikdə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilməmiş, ümumilikdə isə hər ay mütəmadi olaraq icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu hissə-hissə ödəməklə onu ödəməkdən qəsdən yayınmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə borcundan 4800 manat ödəməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən də görünür ki, səkkiz ay mütəmadi olaraq ay da 600 (altı yüz ) manat olmaqla borclu tələbkara məxsus bank kartına ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yenidən işlə təmin olunması, bu səbəbdən, hər ay mütəmadi olaraq alimenti ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-716/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-716/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver