Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-723/2023 24.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, xx.xx.1963-cü ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində yaşayan, Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə idarəsi tərəfindən Qarabağlı bələdiyyəsinin sədri Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən, Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs xx.xx.2023-cü il tarixli, 09 saylı, xx.xx.2023-cü il tarixli, 10 saylı və xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolları üzrə qəbul edilmiş aktların surətini qanunvericilikdə nəzərdə tutulmuş müddətdə inzibati nəzarəti həyata keçirən orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə idarəsinə təqdim edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan Regional Ədliyyə idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Rafet Qafarov həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddələrinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddələrinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görəvəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Salyan rayonu, Qarabağlı bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-723/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-723/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver