Məhkəmə qərarları › İş №3(057)-738/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-738/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-738/2023 14.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsindən Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 10, mənzil 15də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP 5561601, İXP 5561557, İXP 5561585, İXP 5561593, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar 14 avqust 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, İXP 5561601, İXP 5561557, İXP 5561585, İXP 5561593, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 10, mənzil 15-də yaşayan Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər məhkəmədə öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs barədə olan protokol Azərbaycan Respublikası İXM-nın 100-cu maddəsinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, portal çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəta haqqında işlər üzrə icraatı rədd edilməlidir. Həmin Məcəllənin 61.1-ci maddəsində əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq və.s hüquqları vardır. İnzibati xəta haqında protokola əlavə olunmuş poçt göndərişinin verilməsi haqqında xəbərnamədə şəxsən verildi qrafasında imza var. Məhkəmə müəyyən etmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi və.s göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsində qeyd olunmuşdur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş və Salyan RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP 5561601, İXP 5561557, İXP 5561585, İXP 5561593, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Salyan Rayon Polis Şöbəsindən qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar