Məhkəmə qərarları › İş №3(057)-742/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-742/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-742/2025 09.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Alıyev Rüstəm Böyükağa oğlu, X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X3 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X2 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, işdən görünür ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarından məhkəməyə verdiyi şikayətlə yanaşı, eyni zamanda məhkəməyə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə müraciət etmişdir. Şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X3 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh təyin etmə haqqında qərarına analoji olaraq məhkəmə qərarı kimi yanaşaraq həmin qərardan şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 130.2ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunverici İXM-in 130.2-ci maddəsində səlahiyyətli orqanın və ya məhkəmələrin inzibati tənbeh təyin etmə haqqında qərarlarından şikayət vermə müddətini qərarı qəbul etmiş hər bir subyektin özünə aid etmişdir. Belə olan halda hesab edirəm ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X2 inzibati tənbehvermə haqqında qərarından şikayət vermə müddətinin bərpası məsələsi şikayətlə birlikdə məhkəmənin özü tərəfindən həll edilməlidir. Məhkəmə X1 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpası barədə vəsatətə münasibət bildirərək hesab edir ki, şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilməməlidir. Belə ki, X4 tərəfindən şikayət ərizəsinə əlavə edilmiş şikayətçinin səhhətində olan problemlər ilə bağlı müxtəlif klinikalarda müayinə olunması barədə sənədlərdən görünür ki, həmin sənədlər inzibati xəta haqqında qərar qəbul edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdən təxminən 3 ay sonra əldə edilmiş sənədlərdir. Hazırki halda şikayətçi tərəfindən müvafiq qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün verdiyi vəsatətə müdddətin buraxılmasını üzrlü hesab edəcək sübutlar əlavə olunmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin məhkəmə şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi ki, X4 cərimə olunmasını təsdiq edəcək hər hansı sənəd, yəni qərarın surətini müraciətə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. X1 şikayət ərizəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X3 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etsə də, şikayət ərizəsinə həmin qərarı əlavə etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118,128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X3 tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət, qərardan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsı Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar