Məhkəmə qərarları › İş №3(057)-751/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-751/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-751/2023 15.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç uşağı olan, Salyan rayonu Yaşıllaşdırma idarəsində fəhlə işləyən, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 54-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 15 avqust 2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 15 avqust 2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-627/2019 saylı icra vərəqəsinə əsasən Şəxs ödəsində olan 25664 manat borcunu Zərərçəkmiş şəxs ödəməyərək, icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, əvvəllər işsiz olduğu və maddi imkanı olmadığı üçün, tələb olunan borcunu tam ödəyə bilməmişdir. Lakin puldan hissə-hissə ödəmək istəsə də, təlabkar pulu qəbul etməmişdir. Hazırda Salyan rayonu Yaşıllaşdırma idarəsində fəhlə işləyir əmək haqqı alır, əmək haqqının tam qaydada tutulmasına razıdır. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərmişdir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməyərək, ümumilikdə 25664 manat borclu qalmışdır. Qətnamə 2019-cu ilin qətnaməsidir, borclu hər dəfə öorcunu ödəməsini bildirməsinə baxmayaraq heç bir məbləğ ödəməmişdir. Tələbkar şikayətçidir, odur ki, Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində on gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 avqust 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar