Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-752/2025 10.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Salyan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 10 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-417/2023 saylı 01 may 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 132 manat alınıb Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-978/2023 saylı, 06 iyun 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 1098.06 azn əsas, 296.19 azn faiz və 18.52 azn cərimə olmaqla cəmi 1412.77 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 34.53 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" kb ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Salyan Rayon 2 saylı notariat ofisinin 20 noyabr 2022ci il tarixli icra qeydinə əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 1327 manat 03 qəpik pul tutulması qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1761/2022 saylı, 07 sentyabr 2022-cü il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 4203.45 manat borc, dövlət rüsumu ödənilmiş 62.03 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs4 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə tələbi icra etməmiş və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə prosesinə buraxılan Salyan Regional Vəkil Bürosunun vəkili X10 yazılı vəsatətlə məhkəməyə müraciət edərək hazırki iş üzrə tələbkar olan Zərərçəkmiş şəxs3 iddia tələbi üzrə iddiaçının nümayəndəsi olduğunu, buna görə hazırki vəziyyətdə X2 hüquqlarını müdafiə edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə qeyd olunan vəsatətlə bağlı tərəflərin fikirlərini öyrənərək müşavirəyə getmiş, vəsatətəin təmin olunaraq vəkil X5 prosesdən kənarlaşdırılması haqqında qərar qəbul etmişdir. Bundan sonra borclu vəkilə ehtiyacının olmadığını, hüquqlarını özü müdafiə edəcəyini bildirərək vəkildən imtina edilməsi haqqında ərizəsini məhkəməyə təqdim etmiş, həmin ərizədə vəkildən imtinanın maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədləri barədə məlumatlıdır, lakin maddi durumu normal olmadığından ödənişlər etməkdə çətinlik çəkir. Belə ki, o hazırda evlidir, bir azyaşlı uşağı var, həyat yoldaşı hamilədir, anası ağır xəstədir, ümumilikdə 4 ailə üzvünün maddi təminatı ondan asılıdır, anasısının əməliyyatı üçün 20000 manat pul xərcləyib, buna görə də icra sənədləri üzrə vaxtında ödənişlər edə bilməmişdir. Həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 ödəməli olduğu 14000 manat borc əslində o qədər olmamalı idi, çünki Zərərçəkmiş şəxs3 məxsus obyekti o, 500 manata icarəyə götürsə də, onlar aylıq icarə haqqını 1000 manatdan hesablamışdır. Buna görə borc çox yığılıb, borcunu hissə-hissə ödəmək istəmiş, lakin Zərərçəkmiş şəxs3 obyektini idarə edən Dadaş adında şəxs pulun bütöv ödənilməsini istəyib, o isə bütöv şəkildə ödəniş edə bilməyib. Bundan başqa borclu ona digər icra sənədləri ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" və “YELOBANK”-a olan borclarını ödəmək istəmiş, lakin həmin bankların ödəniş kodları onda olmadığından ödəniş edə bilməmişdir. Sonradan əsas diqqətini Nemət Ələbkərova olan borca yönəltmək istədiyindən həmin borclarla maraqlana bilməmişdir. Həmçinin poçt vasitəsi ilə borcunu ödəyə biləcəyi barədə məlumata malik olmamış, sonradan poçt vasitəsi ilə ödəniş edə biləcəyini öyrənmişdir. Hazırda da borcu tam ödəyə bilməyəcək, borclu olduğunu inkar etmir, lakin hissə-hissə ödəyə biləcəyini qeyd edir. X8 hazırda 1000- 1500 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X13, Unibank ASC-in nümayəndəsi, Kapital bank ASC-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 2(057)-417/2023 saylı, 01 may 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 14000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 132 manat alınıb Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-417/2023 saylı, 01 may 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixində borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-978/2023 saylı, 06 iyun 2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 1098.06 azn əsas, 296.19 azn faiz və 18.52 azn cərimə olmaqla cəmi 1412.77 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 34.53 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" kb ASC-nin hesabına keçirilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-978/2023 saylı, 06 iyun 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və xx.xx.2023-cü il tarixində borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon 2 saylı notariat ofisinin 20 noyabr 2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 1327 manat 03 qəpik pul tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon 2 saylı notariat ofisinin 20 noyabr 2022-ci il tarixli icra qeydi əsasında iş üzrə icraat başlanılmış və xx.xx.2023-cü il tarixində borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1761/2022 saylı, 07 sentyabr 2022-cü il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 4203.45 manat borc, dövlət rüsumu ödənilmiş 62.03 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs4 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1761/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 15 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Salyan rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən X3 əmlakına baxış keçirilmiş, lakin borc tələbinin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 manat mbləğində cərimə edilmişdir. Salyan rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Salyan rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 02 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, X4 barəsində axtarış işi açılmışdır. 31 iyul 2024-cü il və 21 aprel 2025-ci il tarixli aktdan görünür ki, Salyan rayon İcra və probasiya şöbəsinin icra məmurları Vüqar Əliyev və Coşqun X1 yaşadığı ünvana getmiş, lakin həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Borclu Şəxs Salyan rayon İcra və probasiya şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, borclu olduğunu etiraf edir, lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borcun icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxsin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə həmçinin hesab edir ki, X3 məhkəmə prosesi zamanı 1000-1500 manat ödəmə edə biləcəyi ilə bağlı dedikləri səmimi qəbul edilməməli, məhkəmə qətnamələrinin icrasından qərəzli şəkildə boyun qaçırtma halını aradan qaldırmamalı, məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirilməlidir. Belə ki, borclu yuxarıda qeyd olunmuş hər bir icra sənədi üzrə məlumatlı olmuş, keçmiş müddət ərzində heç bir icra sənədi üzrə borcunu hər hansı hissədə ödəmə etməyə cəhd etməmiş, lakin inzibati məsuliyyətə cəlb olunmaq üçün məhkəmə qarşısına çıxarıldıqda barəsində inzibati tənbeh tədbiri görüləcəyindən yayınmaq məqsədi ilə məhkəmə prosesinin gedişində müəyyən qədər ödəmə edə biləcəyini bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 32-ci maddəsində məsuliyyəti yüngülləşdirən halların siyahısında qeyd olunmasa da, Şəxs öğlunun himayəsində azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. İXM-nin 33.1.2-ci maddəsinə əsasən, xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ağırlaşdırıcı hal kimi qiymətləndirilə bilməz, belə ki, İXM-nin 33.3-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti ağırlaşdırıcı halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, əvvəllər eyni icra sənədləri üzrə bir dəfə cərimə ilə inzibati məsuliyyətə cəlb olunduğunu, həmin inzibati məsuliyyətə cəlb olunmağından bir il keçmədiyini, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını, ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 iyul 2025-ci il tarixdən, saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-752/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-752/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver