Məhkəmə qərarları › İş №3(057)-754/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-754/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-754/2025 29.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X5 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərarına əsasən X6 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar 1500 manat məbləğində cərimə edilmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X5 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 15 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X4 qaytarılsın. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar