Məhkəmə qərarları › İş №3(057)-755/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-755/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-755/2025 29.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, X1 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən sektor müdiri X5 tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, 31 yanvar 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş MN № ******* saylı, 31 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən Salyan rayon Məhkəməsinə təqdim olunmuş materiallardan görünür ki, X2 əvvəllər də eyni qərardan məhkəməyə şikayət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər qərardan şikayət vermə müddəti keçdiyi üçün qaytarılmış və Vüsal Muradova müddətin bərpa olunmasından ötrü qərarı qəbul etmiş orqana vəsatətlə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Vüsal Muradov müddətin pərpası üçün müraciət etmiş, lakin buraxılmış müddət pərpa olunmamışdır. Buna baxmayaraq Vüsal Muradov eyni məzmunlu şikayətlə yenidən məhkməyə müraciət etmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130 və 126-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi nin rəisi X3 tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, 31 yanvar 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar