Məhkəmə qərarları › İş №3(057)-756/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-756/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-756/2025 28.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi X5 və X6 Xidmətinin 4 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Qaraçala qəsəbəsi ərazisində 08 iyul 2025-ci il tarixində F-4 kanalının mühafizə zonasında tullantı sularının toplanması üçün şambo-anbar aşkar olunmuşdur. 4 saylı X2 böyük məsləhətçi müfəttişi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Salyan rayon Qaraçala qəsəbə sakini X10 tərəfindən edilmiş müraciətə əsasən F-4 suvarma kanalının Qaraçala qəsəbəsi ərazisindən keçən PK-02 hissəsində Şəxs tərəfindən istifadə olunan ət dükanından axan tullantı sularının toplanması üçün tikilmiş şambo-anbar aşkar olunmuş, müraciət əsasında həmin yerə baxış keçirilmişdir. Müəyyən edilimişdir ki, ət dükanı Şəxs tərəfindən icarəyə götürülmüş, icarə müqaviləsi və digər sənəd olmadan istifadə edilmişdir. Qeyd olunan dükandan axıdılan sular isə kanalın 3,5 metrliyində tikilmiş şamboya axıdılır, Şəxs şifahi şəkildə bildirdiyinə görə həmin şambo onun tərəfindən tikilmişdir. Həmin dükanın sahibi isə Şəxs tanışıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş Şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan ət dükanı həmkəndlisinə məxsusdur, həmin dükanı o, icarə müqaviləsi və digər sənədlər olmadan icarə götürərək istifadə edir, suların axıdılması üçün nəzərdə tutulan şambo onun tərəfindən tikilməmiş, o, həmin şambonun kanalın təxminən 8 metr aralığında olmasını fikirləşir. Ət dükanını təxminən 3 ildir ki, istifadə edir, şambo ət dükanı tikiləndə tikilmişdir, onun istifadə etdiyi yer ət dükanıdır, sualrın konkret olaraq həmin şamboya axıdılılb-axıdılmaması barədə əvvəldən məlumatlı olmayıb. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən qeyd olunanın dükanın həqiqi sahibi müyyən edilərək izahatı alınmamış, şambonunun kimin tərəfindən tikilməsi müəyyən edilməmişdir. Belə olan halda qeyd olunan inzibati xətanın konkret olarak kim tərəfindən törədilməsi müəyyən edilməmiş qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin dispozisiyası xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasını özündə ehtiva edir, buna görə də, şambonun istifadəsindən asılı olmayaraq orada həmin şambonun tikilməsi inziabti məsuliyyət yaradır ki, bu hal da araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.-ci maddəsinin tələbinə görə nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. 100.5.5-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 100.5.10-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanlara əsasən inziabti xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X3 geri qaytarılsın. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar