Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-758/2024 13.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Sabirabad rayonu, Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğu olan, Salyan şəhəri, X.R.Ulütürk küçəsi, ev 34-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988339/869 saylı və və xx.xx.2024-cü il tarixli MN 1988338/868 saylı inzibati xəta haqqında protokollar Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988339/869 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN 1988338/868 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda işıq dirəklərini qəsdən sındıraqaraq şəhər təsərrüfatına 200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 bildirmişdir ki, Salyan RPŞ PPXB-nin polis nəfəri, polis serjantı X6 xx.xx.2024-cü il tarixdə, saat 19:50-də rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 ilə xidmətdə olarkən Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 34-də yaşayan Şəxs sərxoş halda parkın ərazisində olan işıq dirəklərini sındırmasını görüb həmin şəxsə yaxınlaşmaqla özlərini təqdim etmələrinə və onu nizam intizama dəvət etmələrinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirdiyindən onu rayon polis şöbəsinin növbətçi hissəsinə gətirərək təhvil vermişdirlər. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda fəhləlik edərək valideynlərinin dolanışığına köməklik edir. Subay olmaqla, iki ildir ki, adını çəkmək istəmədiyi qızı sevmiş, həmin qızla əlaqəsi olmuş, lakin maddi cəhətdən çətinliyi olduğu üçün onunla ailə qura bilməmiş, həmin qız onun kasıb olmasını və maddi cəhətdən onunla ailə qura bilməyəcəyini bilib başqası ilə ailə qurmuş, bu kimi hal ona çox pis təsir etmişdir. 09 avqust 2024-cü il tarixdə saat 15 radələrində evdən çıxaraq Salyan şəhərində gəzərək mağazadan 2-3 ədəd “Go” içkisi alaraq içmişdir. Onun tərkibində spirt olduğu üçün nisbətən sərxoş hala düşmüş, Salyan rayon “İcra Hakimiyyətinin” inzibati binasının qarşısında yerləşən H.Əliyev adına istirahət parkına gəlmiş parkda gəzişərkən maddi cəhətdən çətinlik çəkməsi və sevdiyi qızın buna görə başqası ilə ailə qurması yadına düşdükdə pis təsir etmiş və əsəbləşməyə başlamış, parkda olan işıq dirəklərindən 3-4 ədədinə təpiklə vuraraq dirəklərin özünü və üzərində olan işıq lampalarını sındıraraq yararsız hala salmışdır. Bu zaman həmin parkın ərazisində xidmətdə olan Eltac və Fəhmin adlı polis əməkdaşları onun belə etməsini görüb ona yaxınlaşmaqla sözlə iradlarını bildriməklə, onu nizam intizama dəvət etsələr də, içkili halda olduğu üçün onlara qarşıda sərt danışdığı üçün onu rayon polis şöbəsinə dəvət etdikdə onlara etiraz etməmiş, rayon polis şöbəsinə gələrək etdiyi hərəkətləri etiraf etmiş, etdiyi hərəkətə görə peşman olmuşdur. Həmin vaxt parkda ətrafda gəzişən kənar şəxslər olsa da, aralıda olmuşdur. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin TB-in təhqiqatçısı polis mayoru Akif Abdullayevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50 də rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri polis kiçik seriantı X4 ilə birlikdə Salyan şəhərində 2-saylı piyada marşurtu üzrə xidmətdə olarkən Heydər Əliyev adına parkda Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 34-də yaşayan Şəxs sərxoş halda parkın ərazisində olan işıq dirəklərini sındırmasını görüb həmin şəxsə yaxınlaşmaqla özlərini təqdim etmələrinə və onu nizam intizama dəvət etmələrinə baxmayaraq, Şəxs öz hərəkətlərini davam etdirdiyindən onu rayon polis şöbəsinin növbətçi hissəsinə gətirilərək barəsində tədbir görülməsindən ötrü Salyan RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN 1988339/869 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. xx.xx.2024-cü il tarixli, MN 1988338/868 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda işıq dirəklərini qəsdən sındıraqaraq şəhər təsərrüfatına 200 manat maddi ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixli “cinayət isi başlanılmasının rədd edilməsi barədə” qərardadan görünür ki, Şəxs Salyan RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 xx.xx.2024-cü il tarixli raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılması cinayət tərkibi olmadığına görə rədd edilmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 232.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat təxminən 19:50 radələrində Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkda işıq dirəklərini qəsdən sındıraqaraq şəhər təsərrüfatına 200 manat maddi ziyan vuraraq ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 232.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 232.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 avqust 2024-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-758/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-758/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver