Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-759/2024 13.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs İbrahim qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, 20 Yanvar küçəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-nin olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş 13 avqust 2024-cü il tarixli MN № 1988135/870 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2024-cü il tarixdə kirayədə yaşadığı Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən ünvanda arvadı Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs İbrahim qızı onun arvadıdır. Salyan rayonunun ərazisində işlədiyi üçün arvadı və iki uşağı ilə birlikdə Salyan şəhəri, 20 Yanvar küməsində yerləşən evdə kirayədə yaşayırlar. 18 iyun 2024-cü il tarixdə arvadının telefonunda bağqası ilə mesaılaşmasını gördüyü üçün arvadı evdən qaçmışdır.Onu döyməmiş və söyməmişdir.Bundan sonra aralarında olan nikahın pozulması ilə bağlı Cəlilabad rayon məhkəməsində iddia qaldırmışdır. Arvadı ilə barışmaq fikiri yoxdur. Zərərçəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs İbrahim qızı bildirmişdir ki, Şəxs onun əridir. 14 ildir ki, ar-arvad kimi birlıkdə yaşamışlar.Yaşadıqları müddət ərzində əri Şəxs həmişə aralarında mübahisə yaradaraq onu döymüşdür. Ərinin mağazalara borcu olduğundan həmişə evdə mübahisələri olmuşdur. Borcu tələb edən şəxslər yolda ərinin borcuna görə onun yolunu kəsmiş və hətta evinə pul tələbi ilə bağlı gəlmişlər. Bunu ərinə bildirdikdə aralarında mübahisə düşmüş və əri onu döymüşdür. Axırıncı dəfə 18 iyun 2024-cü il tarixdə kirayədə yaşadığı, Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən ünvanda borcla bağlı mübahisə düşmüş və əri onu döymüşdür. Polisə şikayət etmiş və sonra ekspert müayinəsindən keçmişdir. Şəxs ilə barışmamış ondan şikayətçidir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materilda Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, inzibai xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs İbrahim qızının izahatları və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, zərərçəkmiş şəxslə barışmamasını və zərərçəkmişin ondan şikayətçi olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, barəsində bir ay müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 avqust 2024-cü il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-759/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-759/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver