Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-759/2025 29.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi X11 və X12 Xidməti 4 saylı X2 nümayəndələri X13 və X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 nümayəndəsi Vəkil iştirakları ilə, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1və 264.0.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, № 000807 saylı, 10 iyul 2025-ci il tarixli Akta və əlavə olunan fotoşəkillərə əsasən ünvan 1 ünvanında yerləşən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 fəaliyyəti zamanı formalaşan maye tullantılarının MK-53 kollektoruna axıdılması və su obyektlərinin mühafizəsi qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 4 saylı X2 böyük məsləhətçisi X13 tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X27 barəsində toplanmış inzibati xəta haqqında materialı baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X13 izahatında göstərdi ki, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X2 09 iyul 2025-ci il tarixli 05 nömrəli sərəncamı əsasında həmin tarixdə “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 inzibati binasında olmuşdur. Ərazidə olan qara rəngli müvafiq ölçülü boru xətlərini görmüşdür və orada olan təsərrüfat işçisindən bu barədə soruşduqda həmin xəttlərin ərazidə əkilmiş ağacların suvarılması üçün istifadə olunduğunu bildirmişdir. Həmin şəxs tərəfindən bildiriən fikirə öncə inansa da daha sonradan daxili şübhələri onun Xəstəxananın hasarının çöl tərəfinə baxış keçirilməsinə səbəb olmuşdur və özü tərəfindən maye tullantılarının axıldığı yerə gələrək, X25 nümayəndəsinin iştirakı olmadan video müşahidə aparılmışdır. 10 iyul tarixində yenidən araşdırmanın davamı olaraq “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 inzibati binasına gəlmiş və müvafiq şəxslərlə görüşdükdən sonra, qeyd olunan əraziyə onların iştirakı ilə baxış keçirilməsində iştirak etmişdir. Lakin 10 iyul tarixində keçirilən əraziyə baxış zamanı daha öncə özü tərəfindən tək şəkildə aşkar etdiyini bildirdiyi boru xətlərinin orada olmaması video görüntüdə əks olunduğu kimi aşkar olunmuşdur. Həmçinin nümayəndə bildirmişdir ki, 09 iyul tarixində əraziyə özü tərəfindən tək başına baxış keçirilərkən orada qara rəngli boru kəməri vasitəsi ilə maye tullantılarının kollektora axıdılması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X2 nümayəndəsinə ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 09 iyul tarixində hazırki inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olan faktın aşkar edilməsi üçün özü tərəfindən həmin əraziyə baxış keçirilməsi barədə X25 nümayəndəsinə məlumat vermədən sadəcə daxili inamı ilə hərəkət etdiyini bildirmişdir. Həmçinin qeyd olunan ərazidə aşkar etdiyi hallardan dərhal sonra X25 nümayəndəsinə yenidən bu faktla bağlı məlumat verməməsinə və 09 iyul tarixində aşkar etdiyi hallarla bağlı yerində akt tərtib edilməməsinə dair bildirmişdir ki, həmin əraziyə onun tərəfindən təkbaşına baxış keçirildikdən sonra X25 nümayəndəsinə müraciət etməməsinə səbəb iş saatının bitməsi olmuşdur. 09 iyul tarixində həyata keçirdiyi inzibati xətanın aşkar olunmasına yönəlmiş hərəkətlərinin həmin tarixdə aktlaşdırmamasına münasibətdə bildirmişdir, aşkar olunan halla bağlı müvafiq araşdırma aparıldıqdan sonra qeyd olunan akt tərtib olunacaqdı və 10 iyul tarixli aktda yerinə yetirilən hərəkətlər özlüyündə 2 günü əhatə edən hərəkələrin ifadə olunması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X8 protokola uyğun izahat verərək, 10 iyul tarixli protokola münasibətdə “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 inzibati məsuliyyətə cəlb olunaraq, barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkiln izahat verərək bildirdi ki, səlahiyyətli inzibati orqan tərəfindən aşkar olunduğu deyilən inzibati xəta hadisəsi aktın və protokolun tərtib olunduğu tarixə, yəni 10 iyul 2025-ci il tarixə təqdim olunan video görüntülərlə də öz təsdiqini tapmamışdır. Belə ki, barəsində inzibati xətaya dair icraat aparılan X25 nümayəndəsinin 09 iyul tarixində qeydə alındığı iddia edilən video görüntülərdə və protokolun tərtib olunmasına əsas olmuş inzibati xəta hadisəsinin aşkar olunmasında iştirakı ümumiyyətlə təmin olunmamış və inzibati orqanın nümayəndəsinin qarşı tərəfə bu barədə məlumat verməyərək, yalnız öz daxili istəyi ilə yerinə yetirilmişdir. İnzibati orqanın nümayəndəsi cari ilin 09 iyul tarixində aşkar etdiyini və inzibati xəta hesab olunmalı olduğunu iddia etdiyi xəta hadisəsi ilə bağlı X25 iştirakını təmin etməklə müvafiq Aktın tərtib olunmaması özlüyündə 09 iyul 2025-ci il tarixli müvafiq Sərəncamla başlanan araşdırmanın qüsurlu şəkildə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin xəta hadisəsini aşkar etdiyi zaman iştirakını təmin etməməklə obyektiv olmayan formada və müvafiq qanunverciliyin tələblərinin pozulması ilə müşahidə olunan formada aparıldığına dəlalət edir. Həmçinin izahatının sonunda inzibati orqan tərəfindən 09 iyul 2025-ci il tarixli qərara istinad olunaraq araşdırmanın aparıldığını bildirsə də, barəsində inzibati icraat aparılan X25 barəsində müvafiq sərəncama istinad olunaraq araşdırmanın başlanması barədə qərar qəbul edilmədən hərəkətlər yerinə yetirilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: - 000807 nömrəli, 10 iyul 2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X2 09 iyul 2025-ci il tarixli 05 nömrəli Sərəncamının icrasının təmin edilməsi və Su qanunvericiliyinin tələblərinə əməl olunma vəziyyətinin araşdırılması məqədilə həyata keçirilən nəzarət tədbirləri zamanı əsasında “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 (VÖEN **********) fəaliyyəti zamanı formalaşan maye tullantılarının xəstəxananın inzibati sahəsində iki ayrı yerdə inşa edilmiş 108 kv.m və 200 kv.m həcmdə olan şambolara toplanması və oradan da boru vasitəsilə xəstəxananın hasarından keçirilməklə Google Maps tətbiqindəki koordinatı 39.576523 48.979364 və 39.578695 48.979165 olan nöqtələrdən X24 Sistemlərinin istismar idarəsinin xidməti sahəsinə aid olan sürəti 0.25 l/saniyə MK-53 kollektoruna axıdılması faktı aşkar olundu. İstismar idarəsinin araşdırmaya təqdim etdiyi 10 iyul 2025-ci il tarixli 138 nömrəli məktubunda Salyan Rayon Mərkəzi Xəstəxanasının arxa hissəsindən keçən MK-53 kollektoru ətraf ərazilərdən yığılan qrunt sularının mərkəzi kollektora axıdılması, mərkəzi nasos stansiyası vasitəsilə Muğan-Salyan su ötürücü kollektoruna vurulması və ordanda birbaşa öz axınıı vasitəsi ilə Xəzər dənizinə tökülməsi qeyd olunmuşdur. Bu isə müalicə və profilaktika müəssisəsinin fəaliyyəti nəticəsində formalaşan və təhlükəli tullantılar kateqoriyasına aid olan maye tullantılarının su obyektlərinin çirkləndirilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan MK-53 kollektorunun mühafizə zonasına müdaxilə olunmaqla su təsərrüfatı obyeltlərinin zədələnməsi və istismar qaydalarının pozulması da qayda pozuntuları kimi qiymətləndirilməlidir. Aparılan araşdırma müddətində xəstəxananın fəaliyyəti nəticəsində formalaşan maye tullantılarının daşınması üçün müxtəlif təşkilatlarla bağlanmış müqavilələrin və “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 direktoru X9 əmək məzuniyyətində olması ilə əlaqədar vəzifəsinin icrası baş həkim X19 həvalə edilməsinə dair 13 iyun 2025-ci il tarixli 18- 1/3-1-1004/2025 nömrəli əmrin surəti təqdim olundu. Tərəfimizdən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 əməkdaşlarına mövcud qanunvericiliyin tələbləri izah olundu. Akta araşdırmaya dair toplanmış materiallar və foto və video çəkilişlər əlavə olunmuşdur. Akt iki nüsxədə tərtib olundu. Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X2 05 nörməli 09 iyul 2025-ci il tarixli Sərəncamı ilə müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli FƏ 63 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X12 Xidməti regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı Su qanunvericiliyinin tələblərinə əməl olunması haqqında araşdırma aparmaq məqsədi ilə 4 saylı Şirvan – X16 əməkdaşları bölmənin rəis müavini X8 və böyük məsləhətçi- müfəttiş X7 tapşırılmışdır. Salyan rayonu ərazisində 3 gün müddətində Su qanunvericiliyinin tələblərinə əməl olunması haqqında araşdırma aparılması qərara alınmışdır. X24 Sistemlərinin istismar idarəsinin 10 iyul 138 nörməli məktubu ilə Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X12 Xidməti 4 saylı X2 rəisinə ünvanlanmış məktubdan görünür ki, X24 Sistemlərinin istismar idarəsinə əməkdaşlarının ünvanladığı şifahi sorğu əsasında yazıb bildirmişdir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının arxa hissəsindən keçən MK-53 kollektoru ətraf ərazilərdən yığılan qrunt sularının mərkəzi kollektora axıdılması, mərkəzi nasos stansiyası vasitəsilə Muğan-Salyan su ötürücü kollektoruna vurulması və ordanda birbaşa öz axınıı vasitəsi ilə Xəzər dənizinə tökülməsi qeyd olunmuşdur. "xxxx" MMC-nin 41 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC-nin rəisi X10 ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 baş direktoru X18 arasında xx.xx.2025-ci il tarixindən çirkab sularının daşınması barədə müqavilə şərtlərini qəbul etməklə müqavilə bağlanmışdır. Çirkab sularının daşınması çirkab suyuna görə nəzərə alınmaqla 1 kv.m 8.79 manatdan hesabnalmaqla illik dəyəri 7088.26 manat müqavilə məbləği müəyyən olunmuşdur. Müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X5 Birliyi” X23 13 iyun 2025-ci il tarixli 18-1/3-1-1004/2005 nörməli əmrindən görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X23 baş direktoru X15 xx.xx.2024-xx.xx.2025-ci iş ili üzrə 36 (30 gün əsas, 6 gürı əmək stajına görə əlavə) təqvim günündən 18 (on səkkiz) təqvim günü müddətinə 1 iyul 2025-ci il tarixindən 18 İyul 2025-ci il tarixi daxil olmaqla əmək məzuniyyəti verilsin. 21 iyul 2025-ci il tarixində işə başlasın. "Salyan Rayon Mərkəzi Xəstəxanası" X25 direktoru X17 məzuniyyətdə olduğu dövrdə direktor vəzifəsinin icrası həmin X25 direktorun müavini-baş həkim X21 həvalə edilsin. X21 həmin dövrdə öz vəzifə maaşı ilə icra etdiyi vəzifənin maaşı arasındakı fərq ödənilsin. Əmrin icrası ilə bağlı maliyyə və digər məsələlərin həlli "Salyan Rayon Mərkəzi Xəstəxanası" X28ə tapşırılsın. Məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 264.0.1 və 264.0.2-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 264.0.1-ci və 264.0.2-ci maddələrinin tələblərinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə və su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 99.4-cu maddəsinə əsasən, inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 101.1-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-cü maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 102.2-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati orqanı tərəfindən “Salyan Rayon Mərkəzi Xəstəxanası" X25 AR İXM-nin 264.0.1 və 264.0.2-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 tərəfindən AR İXM-nin 264.0.1 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, protokolu tərtib etmiş inzibati orqan 09 iyul 2025-ci il tarixli video görüntüləri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati orqanın nümayəndəsi tərəfindən 09 iyul 2025-ci il tarxində çəkilərək işə əlavə olunan videogörüntülər barəsində icraat aparılan şəxsin nümayəndəsinə məlumat vermədən, ona qeyd olunan hallarla bağlı hüquq və vəzifələri izah olunmadan və yalnız birtərəfli şəkildə öz təşəbbüsü ilə qeyri-obyektiv şəraitdə aparılmışdır. Bu hal isə protokolu tərtib edən orqan tərəfindən təqdim olunan sübutun hüquqauyğun olmayan sübut kimi qiymətləndirilməsinə səbəb olur. Qeyd olunan bu hallar sübutların mümkünlüyünü şübhə altında alır. Həmçinin məhkəmə sübutetmə ilə bağlı bildirir ki, sübutetmə yükü inzibati xətaya dair protokolu tərtib etmiş orqanın üzərinə düşür. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Həmçinin daha sonra inzibati orqanın nümayəndəsinin “Salyan Rayon Mərkəzi Xəstəxanası" X23 nümayəndələrinin iştirakı ilə 10 iyul 2025-ci il tarixdə inzibati xətanın törədilməsinin güman edildiyi yerə baxış keçirərkən və həmin hərəkətlərin video çəkiliş vasitəsi ilə qeydə alındığı zaman həmin ərazidə hər hansı borunun və qeyd olunan boru vasitəsi ilə su obyektinin çirkləndirilməsi faktl müəyyən edilməmişdir. Bu halı məhkəmə iclasında iştirak edən və həmin tarixli video çəkilişdə iştirak edən inzibati orqanın nümayəndəsi də təsdiq etmişdir. 09 iyul 2025-ci il tarixli video görüntü ilə bağlı məhkəmə nəzəri baxımından izah olunmasını vacib hesab edir ki və sübut kimi digər sübutlar siyahıdan çıxarılmalıdır. Məhkəmə sübutlarla bağlı qeyd edir ki, keçmişdə olmuş hadisənin yenidən təsvir edilməsində bizə kömək edən sübutların bir sıra əlamətləri vardır:
1. Sübutlar həqiqi olmalıdır. Sübut ola biləcək şey həqiqətin bir parçasını təşkil etməli və beləcə 5 duyğu orqanımızla öyrənilə bilməlidir. İfadə, sənəd kimi sübutlarda bu xüsusiyyət vardır. 2. Sübutlar məntiqli olmalıdır. Ancaq həqiqəti ağlabatan şəkildə ifadə edə biləcək şeylər sübut ola bilər. Buna görə də sübut ola biləcək şeylərin rasional olmaları, elmi cəhətdən qəbul edilməsi məcburidir. 3. Sübutlar sübutetmə baxımından önəmlidir. Ancaq sübut edilməsinə ehtiyac duyulan xüsuslarla bağlı sübutlar sübutetmə baxımından önəmlidir. Faydası olmayan sübutları araşdırmağa ehtiyac yoxdur. 4. Sübutlar hadisəni təmsil edə bilən xarakterdə olmalıdır. Burda məqsəd sübut olaraq istifadə edilmək istənilən vasitənin hadisənin bir parçası olması və (və ya) hadisəni əks etdirməsidir. Hadisənin bir parçasını təmsil etməyən şeyin sübuti əhəmiyyəti yoxdur. Təmsil edə bilmənin ilk şərti sübutun etibarlı və sağlam olmasıdır. Bunu hakim müəyyən edir. Hadisəni təmsil etsə də, ağla, elmə, həqiqətə və hüquqa uyğun olmayan dəlillər sübutetmə vasitəsi sayıla bilməz. 5. Sübutlar hüquqauyğun olmalıdır. Bir sübutda olması zəruri olan ən önəmli xüsusiyyət budur. Hətta yuxarıda qeyd edilən özəlliklərə sahib olan bir dəlilin cinayət və ya inzibati mühakiməsi baxımından əhəmiyyətli ola bilməsi üçün onun hüquqauyğun olaraq əldə edilməsi məcburidir. Buna görə də bir hadisənin sübut edilməsi işində istifadə edilən sübutetmə vasitələrinin hüquqi cəhətdən qəbul edilən olması zəruridir. Dolayısı ilə desək, cinayət prosessual hüquqda “sübut sərbəstliyi prinsipi” sərhədsiz deyildir. Cinayət və inzibati qanunvericilik normalarında başlıca və təməl prinsip olaraq təsbit edilmişdir ki, sübutsuz məhkumiyyət ola bilməz. Cinayət prosessual hüquqda “sübut sərbəstliyi” prinsipi mövcuddur. Bu prinsip maddi həqiqəti araşdıran cinayət mühakiməsində hər şeyin sübut ola biləcəyi anlamına gəlir. Digər tərəfdən hakim daxili inamına əsaslanaraq sübut olaraq irəli sürülən nəsnələrin sübut olub-olmayacağını, yəni sübutetmə vasitəsi kimi dəyərini sərbəst şəkildə müəyyən edir. Buna “sübutların sərbəst qiymətləndirilməsi” prinsipi adı verilmişdir. Qeyd olunan bütün bu halların istiqamətləndiyi yeganə məqsəd hüquqi müstəvidə həqiqətə nail olunmasından ibarətdir. Müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Məhkəmə həmçinin inzibati xətaya dair icraat materialları araşdırarkən inzibati orqanın nümayəndəsinin güman olunan inzibati xətanı aşkar etdiyi 09 iyul tarixində müvafiq Aktı tərtib etməməsi ilə bağlı gətirdiyi dəlilə münasibət bildirməyi zəruri hesab edir ki, nümayəndə qeyd olunan aktın müvafiq araşdırmanın yekun nəticəsində tərtib edilməsini qeyd etsə də İXM-in 99.4.3-cü maddəsindən irəli gələn tələblərə əməl etmədən yəni, araşdırmanın başlaması barədə əsasən, bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edilməsi ilə bağlı tələbə əməl etməmişdir. Bunu isə yalnızca Suların İstifadəsinə və X12 Xidməti 4 saylı X2 05 nörməli 09 iyul 2025-ci il tarixli Sərəncamının qəbul edilməsini həmin müvafiq qərarın qəbul edilməsini istisna edən hal olaraq qiymətləndirilməsi ədalətli qəbul edilə bilməz. Belə ki, qeyd olunan Sərəncam İnzibati sərəncam olmaqla təşkilatlar və idarələr daxilində istifadə olunur. Lakin barəsində icraat aparılan şəxsin onun barəsində müvafiq araşdırılmanın aparılması ilə bağlı müvafiq qərardadın qəbul edilməsi və onun bu barədə məlumatlandırılması inzibati sərəncamda qeyd olunan ümumi müəssisə daxili müvafiq qərarla eyniləşdirmək olmaz. İnzibati orqan “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 barəsində 09 iyul tarixindən başlayaraq müvafiq araşdırılmanın aparıldığını qeyd etsə də, hər hansı hüquqi qərarı məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan bu hallar da inzibati orqan tərəfindən aparılan araşdırmanın qüsurlu olduğunu və İXM-in tələblərinə uyğun olmayan şəkildə aparlılmasıa dəlalət edir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 tərəfindən AR İXM-nin 264.0.1 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 tərəfindən AR İXM-nin 264.0.1 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən “Salyan Rayon Mərkəzi Xəstəxanası" X28 tərəfindən AR İXM-nin 264.0.1 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ :
“Salyan Rayon Mərkəzi Xəstəxanası" X23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rüstəm Alıyev