Məhkəmə qərarları › İş №3(057)-760/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-760/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-760/2025 21.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi xx.xx.2025ci il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır Belə ki, şikayətdə inzibati xəta haqqında protokol mübahisələndirilsə də, mübahisələndirilən protokol və protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərar şikayətə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokolun və qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolun və qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin protokoldan və qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayət icraata qəbul edilməsin və ona geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, protokolun və qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar