Məhkəmə qərarları › İş №3(057)-761/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-761/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-761/2025 28.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti- Quraşdırma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “ALP 1 UAZ 3741 01 XY” markalı, 52AC537 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən hazırda Siyəzən şəhəri, ev 148 ünvanında yaşayan Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi İXM-nin 328.1, 347-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmiş və inzibati material baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, fəaliyyət istiqaməti - yaşayış və qeyri-yaşayış binalarının tikintisidir. Hüquqi ünvan - ünvan 1inin: 109.1.7-ci maddəsinə əsasən, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti- Quraşdırma İdarəsinin hüquqi ünvanının inzibati xəta törədilməsi iddia edilən vaxt ünvan 2yini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Azərtikintiservis Açıq Səhmdar Cəmiyyətinin 10 №-li İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar