Məhkəmə qərarları › İş №3(057)-762/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-762/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-762/2024 29.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Parça Xalac kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 14 avqust 2024-cü il tarixli, MN № 1988337/872 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayonu, Parça Xalac kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə babasından miras qalmış bir ədəd, 16 kolibirli, qoşa lüləli, “TOZ-B” modelli, “X-19153” nömrəli ov tüfəngini xüsusi icazə olmadan özündə saxlamışdır. Qeyd olunan faktla əlaqədar Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2024-cü il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində 14 avqust 2024-cü il tarixli, MN № 1988337/872 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun babasından yadigar bir ədəd ov silahı vardır. Həmin silahı evdə saxlayır. Axırıncı dəfə xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndinin ərazisinə çöl sahədə olan zaman Salyan PRŞ-nin əməkdaşları onu saxlayaraq şəbəyə gətirmişlər və həmin silahı Salyan RPŞ-nə təhvil vermişdir. Törətdiyi əmələ görə peşmandır.Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunması üçün Salyan RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Əlavə olaraq həmin qərarın sürətindən görünür ki, bir ədəd, 16 kolibirli, qoşa lüləli, “TOZ-B” modelli, “X-19153” nömrəli ov tüfəngini müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün, həmin silahı xx.xx.2024-cü il tarixdə Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təhvil alınmışdır. Silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəməballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/2033 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir ədəd bir ədəd 1955-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “TOZ-B” modelli, “X-19153” nömrəli, patraonluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahıdır, atəşə yaralıdır, detallarında əlavə və dəyişiklik edilməməsi qeyd olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2024-ci il tarixli qərarı, 14 avqust 2024-cü il tarixli, MN № 1988337/872 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın predmeti olan Salyan RPŞ-də saxlanılan bir ədəd 1955-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “TOZ-B” modelli, “X-19153” nömrəli, patraonluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan bir ədəd 1955-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “TOZ-B” modelli, “X-19153” nömrəli, patraonluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahı müsadirə edilməklə, barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Müsadirə edilmiş Salyan RPŞ-də saxlanılan bir ədəd 1955-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “TOZ-B” modelli, “X-19153” nömrəli, patraonluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahı Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar