Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-764/2024 15.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Vəkil X3 iştirakı ilə xx.xx.1996-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Salyan şəhər Qasımov adına 4 saylı Orta məktəbdə müəllimə işləyən, Salyan şəhəri, E.Hüseynov küçəsi 181də qeydiyyatda olmaqla yaşayan İsmayılov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 15 avqust 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 15 avqust 2024-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, borclu Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(057)-10/2024 saylı icra sənədində göstərilən tələbi icra etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, məhkəmə qərarına əsasən ona uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin olunmuşdur. Lakin borclu Şəxs uşağı ona göstərmək istəmir. Borclu Şəxs uşağı yalnız onun yanında görə biləcəyini icra məmuruna bildirmişdir. Özü isə uşağı evinə aparıb onunla təklikdə anasının iştirakı olmadan görüşmək istədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(057)-10/2024 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs az yaşlı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixdə borclu Şəxs icra və probasiya şöbəsinə dəvət olunaraq ona hüquq və vəzifələri izah olunmuş, icra sənədini könüllü olaraq icra etməsi tələb olunaraq ondan izahat alınmışdır. Tələbkar icra sənədinin icra olunmasını tələb edir və hər gün uşağı ilə görüşmək istədiyini bildirir. Borclu Şəxs isə müəllimə işlədiyini, vaxtının olmadığını, iş vaxtından sonra görüşə şərait yaradacağını bildirmişdir. İcra sənədində görüş vaxtı konkret göstərilmədiyi üçün, qərardada izah verilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Ərizəsinə məhkəmədə baxılaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icra sənədinə izah verilmişdir. Borclu Şəxs tələbkarın yalnız uşağ onun yanında görə biləcəyini demişdir. Tələbkar isə razılaşmır və göstərilən vaxtda uşaqla öz evində sərbəst ünsiyyətdə olmasını tələb edir.Göstərilənləri nəzərə alaraq, borclu barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(057)-10/2024 saylı icra sənədinə əsasən borclunun uşaqla hər həftənin şənbə günü saat 16:00-dan 18:00-dək ünsiyyətdə olmasına etiraz eləmir. xx.xx.2024-cü il tarixdə icra məmuru onu icra şöbəsinə dəvət edərək icra sənədini icra etməsini ona bildirmiş və bu barədə izahatinı almışdır. İcra məmurundan tələbkarın yalnız onun yanında uşaqla görüşə biləcəyini demişdir. Sonradan neçə müddət keçməsinə baxmayaraq icra şöbəsindən onu axtaran olmamışdır. Özü müəllimə işlədiyi üçün vaxtının olmadığını, iş vaxtından sonra yalnız onun iştirakı ilə, uçaq əyləncə yerlərində və parkda borcluya uşaqla görüşməsinə şərait yarada bildiyini, çünki, uçağı tələbkara tək verdiyi halda uşağı qaytarmayacağını və bundan əlavə tələbkar Mehdinin psisixi xəstə olduğu üçün az yaşlı uşağı ona tək etibar etmir. Göstərilənlərə əsasən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs vəkilə X4 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borclu Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(057)-10/2024 saylı icra sənədinə hörmətlə yanaşır, borclu məhkəmə qərarını icra etməkdən boyun qaçırmır.Tələbkar uşağı ilə anasının yanında qeyd olunan vaxtda görüşə bilər, buna borclunun heç bir etirazı yoxdur. Hal-hazırda borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclu məhkəmə qərarının icrasına maneçilik göstərmir, tələbkar məhkəmə qərarında olmayan tələblər irəli sürür, borclu da haqlı olaraq həmin tələblə razılaşmır. Uşağın iki saat ərzində ananın yanında atası ilə ünsiyyətdə olması tərəflərin heç birinin hüquqlarını pozmur.Ana uşağın istənilən parkda, əyləncə mərkəzlərində atasının uşaqla ünsiyytətdə olmasına heç bir etirazının olmadığını bildirdiyi halda, tələbkar isə uşağı öz evinə təklikdə aparmaq istədiyini bildirmişdir.Ana uşağı atası apardığı halda bir daha geri verməyəcəyi təhlükəsinin olduğu üçün uşağı özünün yanında görüşməsini tələb edir.Ananın bu fikrinə məhkəmə anlaşlan qaydada yanaşaraq haqlı olduğu qənaətinə gəlir. Məhkəmədə aydın olur ki, tələbkarın fikri uşağı ilə görüşmək deyil,başqa bir məqsədi vardır.Uşağını istəyən ata istənilən şəraitdə və istənilən şəxsin yanında uşaqla görüşə can atmalıdır.Lakin göründüyü kimi ata uşağı ilə məhkəmə qərarında qeyd olunmayan şərtlər daxilində görüşmək istədiyini bildirmişdir.Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsini daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İXM-nin 53.0-cü maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-764/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-764/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver