Məhkəmə qərarları › İş №3(057)-767/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-767/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-767/2024 19.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, Salyan rayonunun Yenikənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988351/885 saylı və xx.xx.2024-cü il tarixli, MN 1988350/886 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988351/885 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988350/886 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində ucadan nalayiq söyüşlər söymüşüdür. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Salyan rayonu Yenikənd kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, DİN-nin BDYPİ-nin X6 baş inespektoru Elvin Rüstəmovla birlikdə xx.xx.2024-cü il tarixdə təxminən saat 23:25 radələrində Salyan rayonu Yenikənd kəndində xidmət apararkən qarşısına gələn nəqliyyat vasitəsi işiq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi vermişlər, həmin vaxt nəqliyyat vasitəsinin sürücüsü həmin yerdən yayınmağa çalışmış, amma nail ola bilməmişdir. Onlar tərəfindən həmin nəqliyyat vasitəsi patrul maşını ilə onu saxlamağa nail olmuşlar və həmin vaxt həmin kafedə olan insanlar onlara hücum çəkmişlər və onlar həmin vaxtı sürücünün kimliyini müəyyən edə bilməmişlər. Həmin sürücüdən kəskin sipirtli içki iyi gəldiyini hiss etmişdir. Həmin vətəndaşlar sürücünü oradan uzaqlaşmağına nail olmuşdular. Həmin vətəndaşla həmin vaxtı onlarla birgə həmin avtomobili BDYP-nin 728 saylı stasionar postdakı duracağa yerləşdirilmişdir. Bu zaman həmin onlara hücum çəkən vətəndaşlar posta gələrək onlara hücum çəkmişdilər. Həmən vaxtı onunla birgə xidmətdə olan BDYPnin YPX-nin baş inespektoru polis leytenantı Elmar İmanova hücum çəkib əl-qol atmışlar və nalayiq söyüşlər işlətmişlər, ətrafdakı insanların nəzər və diqqətini özlərinə cəlb etmək üçün onların qanun və tələblərinə tabe olmamışdılar. Bu zaman onlar Salyan rayon PŞ-nə zəng edərək əlavə kömək gəlməsini istəmişdirlər. Salyan RPŞ-nin PPXB -nin əməkdaşları ora gəldikdən sonra onlar həmin şəxslərin kimliyini müəyyən etmək üçün Salyan RPŞ-nə gətirmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Salyan rayonu Yenikənd kəndində Xəzər kafe adlanan yerdə domino oynayırmış, bu zaman kəndin içərsindən VAZ 2106 markalı nömrəsini görmədiyi maşın sürətlə onların yanından keçmişdir. Sonradan həmin YPX maşını stasionar posta cərimə meydançasına aparılmışdır. Bu zaman damino oynadığı şəxslər hamısı həmin maşının arxasınca getdiyi üçün o da onlara qoşulub stasionar posta getmişdir. Orada olan zaman həmkəndlisi Rasulov Elvin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini görmüş, bu zaman o kənardan durub seyr etmişdir. Bu zaman YPX əməkdaşları Salyan rayon Polis şöbəsinə məlumat verərək, əlavə kömək istəmişdilər. Bir müddətdən sonra posta Salyan RPŞ-nin əməkdaşları gəlmiş və onları Salyan RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır, gələcəkdə bu kimi hallara bir daha yol verməyəcəkdir. Odur ki, bunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindilimiş X2 izahatənda bildirmişdir ki, hadisə baş verən saatlarda xidməti avtomobillə ərazidə xidmət aparmış, hadisənin nədən qaynaqlandığını həmin vaxt bilməmişdir. O və digər ərazidə olan əməkdaşlarla xüsusi rabitə vasitəsilə dəstək məqsədilə əlaqəyə keçərək xidməti binaya yaxınlaşmalarını bildirmişdirlər. O və digər əməkdaşlar xidməti binaya yaxınlaşan zaman bir qrup insanın binanın önünə yığışdığını görmüş, onların arasında barəsində protokol tərtib edilmiş şəxsin də olduğunu müşahidə etmişdir. Vətəndaşlardan nə ilə bağlı gəldiklərini soruşduqda, ünvanlı və ünvansız nalayiq söyüşlər söyən Rasulov Elvin onun və digər əməkdaşların üstünə yerimişdir. Sonuncudan, barəsində protokol tərtib edilmiş şəxsdən və digər vətəndaşlardan sakitləşməsini və əməllərinə son qoymasını tələb etdikdə onlar dayanmamış və birbaşa İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuşdurlar. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN 1988351/885 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində ucadan nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixli, MN 1988350/886 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 8.08.2024-cü il tarixdə saat 23 radələrində Salyan rayonu Yenikənd kəndində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli AZA 020072 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuş və həmin tarixdə saat 10:00-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli AZA 008276 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə 23:30 radələrində polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Salyan RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-cü maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar