Məhkəmə qərarları › İş №3(057)-768/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-768/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-768/2024 19.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən daxil olmuş 19 avqust 2024-cü il tarixli, MN № 1988348/883 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayon, Yenikənd kəndində ucadan nalayiq söyüşlər söyərək, xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa, 19 avqust 2024-cü il tarixli, MN № 1988349/884 nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Salyan rayon, Yenikənd kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Salyan rayon, Yenikənd kəndində yerləşən “Xəzər market” mağazasının yanında olan zaman “Vaz 2106” markalı avtomaşının sürətlə kəndə girdiyini, arxasınca yol polisi maşını düşdüyünü və bu zaman kəndin yolunu toz-torpaq bürüdüyünü görmüşdür. Sonra YPX əməkdaşlarının həmin “Vaz 2106” markalı avtomaşını Salyan yol polisi postuna apardıqlarını görmüşdür. Bu zaman yanındakı şəxslərdən nə baş verdiyini soruşduqda ona qardaşını posta apardıqlarını demişlər. Ona görə də, Elmin adlı şəxsdən avtomaşını ilə onu posta aparmasını xahiş etmişdir. Həmin şəxs onu posta aparmışdır. Posda olan zaman qardaşı Murad həmkəndlisi Elvinlə birlikdə gəldiyini görmüşdür. Həmin vaxt Elvin polis əməkdaşı ilə kobud rəftar etdiyini üçün aralarında mübahisə yaranmışdır. Baş verəcək xoşagəlməz halların qarşısını almaq üçün Elvini və polis əməkdaşını sakitləşdirməyə çalışmışdır. Bu zaman polislər ona kənara durmasını bildirmişlər. Ona görə də kənara çəkilmişdir. Törətdiyi əmələ görə peşmandır. Göstərilənləri nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 10-cu tağımının YPX inspektoru, polis baş serjantı X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:25 radələrində Salyan rayonu, Yenikənd kəndinin ərazisində xidmət aparan zaman qarşıdan gələn nəqliyyat vasitəsinin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla işarəsi vermişlər. Nəqliyyat vasitəsinin sürücüsü həmin yerdən yayınmağa çalışmışdır. Sonra arxasınca gedərək nəqliyyat vasitəsini yol patrul maşını ilə saxlamışlar. Həmin vaxt yaxınlığda olan bir qrup şəxslər onların üzərinə hücum çəkmişlər. Qeyd olunan səbəbdən sürücünün kimliyini müəyyən edə bilməmişlər.Sürücüdən kəskin spirtli içki iyi gəldiyini hiss etmişlər. Vətəndaşlar sürücünü oradan uzaqlaşdırmışlar. Qayda pozuntusu edən “Vaz 2106” markalı avtomaşını BDYP-nin 728 saylı stasionar postunda duracağa yerləşdirmişlər. Bu zaman onlara hücum edən vətəndaşlar posta gələrək DYP-nin YPX baş inspektoru polis leytenantı Elmar İmanova hücum çəkərək əl-qol ataraq, nalayiq sözlər işlətmişlər. Hənin şəxslər ətraflarında olan şəxslərin nəzər diqqətini özlərinə çəkmək üçün onların qanuni tələbinə qəsdən tabe olmamışlar. Salyan RPŞ-nə zəng vuraraq əlavə kömək istəmişlər. Salyan RPŞ-nin PPXB-nin əməkdaşları posta gələrək qeyd olunan şəxslərin kimliyini müəyyənləşdirmək üşün Salyan RPŞ-nə aparmışlar.Qeyd olunan hadisə zamanı sonradan adını bildiyi Şəxs nalayiq ifadələr işlətməklə yanaşı, polisin qanuni tələblərinə əməl etməmiş və polisə öz vəzifələrin yerinə yetrməkdə maneçilik törədərək əl-qol atmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək belə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi var və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin madədə qeyd olunmuşdur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xəta xarakterini və xəta törədənin hərəkətlərini, onun şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən ona 200 (iki yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar