Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-769/2023 16.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan, Salyan rayonu, Şorsulu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № 1655230/782 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:33-də Azərbaycan Respublikasının DİN-nin “102” Xidmətinə Zəng Mərkəzi sisteminə zəng edərək operatora qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır, içkili halda olduğu üçün 102 xidmətində işləyən qadına qarşı nalayiq ifadlər işlətmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmədə baxış keçirilmiş bir ədəd DVD-yə qulaq asılarkən müəyyən olunmuşdur ki, Şəxs 102 xidmətinə zəng edərək nalayiq ifadələr işlətmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs səmimi peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, özünün etirafı, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsi məsuliyyətinin yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinsin, barəsində on beş gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 avqust 2023-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın Surati təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-769/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-769/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver