Məhkəmə qərarları › İş №3(057)-771/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-771/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-771/2024 19.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonunun Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 24 iyun 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1988335-888 saylı, 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1988335-888 saylı, 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qalalı kəndində Zərərçəkmiş şəxs1 məxsus evin həyətində onun qızı Fatimə və ailə üzvlərini söyüb təhqir etmiş və bununlada ictimai qaydanı pozmuşdur. Qeyd olunan faktlarla əlaqədar Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 19 avqust 2024-cü il tarixli, MN № 1988335-888 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Salyan rayonu Arbatan kənd sakini Zərərçəkmiş şəxs1 və onun yoldaşı Sevinci təxminən 5 ildir ki tanıyır. 2020-ci ilin fevral ayında o, ehtiyacı olduğu üçün hissə-hissə onlardan 1800 manat pul borca götürmüşdür. O, həmin ildən Sevincə yoldaşı Eminin təqaüd və maaş kartlarını vermişdir ki, həmin kartlardan pul götürüb borcunu silsin. Sonradan o, Zərərçəkmiş şəxs1 kartları tələb etsə də, həmin kartları qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Sevinc ona zəng edərək onlara gəlməyini istəmiş və ona pul verəcəyini demişdir. O da Eminlə birlikdə onların evinə getmişdir. Lakin Sevinc onlara pul verməyəcəyini bildirmiş və onlara hədə-qorxu gəlmişdir. Onlardan şikayət edəcəyini bildirmişdir. Onunla aralarında mübahisə yaranmışdır. Həmin vaxt həyətdə onun qızı və oğlu da orda idi. O, Sevinci və onun uşaqlarını təhqir etdiyini bildirmişdir. Eminin kartlarını onlardan tələb etsə də, onları hədələyir və kartları verməmişdir. Barəsində əsassız şikayət verildiyini, bu günədək Sevinc kartlardan pullarını götürmüş və həmin puldan onlara verməmişdir. Etdiyi əməldən peşman deyildir. Odur ki, həmin kartların qaytarılması barədə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Şəxs ilə onun iş yoldaşıdır. Onun Xavərlə dostluq münasibətləri olmuş, onunla heç bir ədavəti yoxdur. Onların bir-birilərinə gedişgəlişi olmuşdur. Bu səbəbdən dəfələrlə Xavər ondan müxtəlif məbləğdə pul alıb, geri qaytarmışdır. 2024-cü ilin yanvar ayında o, Xavərə bildirmişdir ki, pulunu qaytara bilmirsən, bu səbəbdən maaş kartını ona verilməsini tələb etmişdir. Ondan müəyyən məbləği Elxana vermiş və borcdan silmişdir. O, oradan müəyyən məbləği çıxmış və borcdan silmişdir. xx.xx.2024-cü ildə o, Xavərin kartından olan borcu üçün 300 manat məbləğində pul çıxmışdır. Bir qədər sonra Xavər zəng edərək bildirmişdir ki, niyə onun kartından pulu çıxarmış və onunla mübahisə etmiş, o, isə bildirmişdir ki, borcunu vermədiyi üçün çıxarmış, xx.xx.2024-cü ildə saat 13 radələrində Xavər və onun yoldaşı Emin ilə birlikdə gələrək həyətdə dayanıb onu çağırmış, o, həyətdə çıxdıqda onunla mübahisə etməyə başlamış, onun ünvanına yüksək səslə nalayiq söyüşlər söyməyə başlamışdır. O, onları məcburi şəraitdə həyətdən çıxarmışdır. Bu barədə həyat yoldaşına məlumat vermişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 izahatına uyğun analoji izahat vermişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, MN 1988335-888 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qalalı kəndində Zərərçəkmiş şəxs1 məxsus evin həyətində onun qızı Fatimə və ailə üzvlərini söyüb təhqir etmiş bununla da ictimai qaydanı pozmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu Qalalı kəndində Zərərçəkmiş şəxs1 məxsus evin həyətində onun qızı Fatimə və ailə üzvlərini söyüb təhqir etmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar