Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-772/2023 25.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərər çəkmiş şəxs X6, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 5-də qeydiyyatda olmaqla Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, bina 111, mənzil 17-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-dən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № 1655232/780 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu “heyvan bazar” deyilən ərazinin yaxınlığında Zərərçəkmiş şəxs ilə mübahisə edərkən onu döyərək xəsarət yetirmişdir. Salyan RPŞ-dən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № 1655233/781 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə İlahə Həsənovaya məxsus “Kia Optima” markalı, **-AK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol yan güzgüsünü qırmış və həmin avtomobilin bamperini də zədələmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi X5 göstərmişdir ki, Salyan rayon PŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov material üzrə xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmiş və Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 5-də qeydiyyatda olmaqla Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, bina 111, mənzil 17-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş “Döymə” və həmin Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” inzibati xətaların tərkib əlamətləri olduğundan barəsində həmin maddələrlə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Zərərçəkmiş şəxs barəsində tərtib olunmuş protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. Hadisə günü, yəni 01 avqust 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixə keçən gecə Sabirabad rayonuna gedən vaxt Salyan şəhərində “heyvan bazarı” adlanan yerdə Şahnaz xanım onunla mübahisə etmişdir. Zərərçəkmiş şəxs olduğu avtomobil ilə qarşılaşmışlar. Şahnazın olduğu avtomobili qızı, onun olduğu avtomobili isə əri sürürmüş. Tıxac yarandığı üçün avtomobillər hərəkətsiz qalmışlar. Bu zaman Şahnaz onun ərinin ünvanına təhqiramiz sözlər dediyi üçün o, avtomobilin içərisindən olanları mobil telefon vasitəsi ilə videoçəkilişini aparırmış. Bu zaman Şahnaz avtomobilə yaxınlaşaraq onun əlindən telefonu almışdır. Bundan sonra aralarında qarşılıqlı mübahisə yaranmışdır. O, əli ilə avtomobilin yan aynasına bir dəfə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, Şəxs əməlindən peşmandır və zərər çəkmiş şəxslə barışmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək bildirmişdir ki, qızı ilə şəhərdən Salyana gəldikləri zaman Arzunun yoldaşı ilə qarşılaşmışlar, maşının şüşəsini çəkib demişdir ki, “ay biqeyrət maşının pulunu ödəmədən bu maşını necə sürürsən?” Arzunun əri 3 ildir ki, onun ərinin maşınını sürür, pulunu vermir. O, isə cavabında əli ilə ona işarə edib “rədd ol burdan” mənasında. Buna görə də, maşından düşüb ona iradını bildirmişdir. Arzunun əri onu söymüş, onun bacısı İlahə də buna görə maşından düşmüşdür. Arzu telefonla onu çəkdiyi üçün maşında onun oturduğu yerə yaxınlaşıb, həmin telefonu götürmüş və polisə təqdim etmişdir. Bundan sonra Arzu maşından düşüb onların maşınına tərəf gəlmiş, maşının arxa şüşəsinə (parpresinə) sillə vurararaq maşının güzgüsünü sındırmışdır. Hazırda Şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Eyni zamanda bildirmişdir Arzu ilə aralarında mülki mübahisə vardır. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan Salyan rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Salyan şəhəri, Ə.Quliyev küçəsi bina 14 mənzil 31-də yaşayan Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan Rayon Polis X2 Bölməsinə göndərilmiş, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi bina 111, mənzil 17-də yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” və həmin Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” inzibati xətalarının tərkib əlamətləri olduğundan barəsində həmin maddələr ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan Rayon Polis X2 Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Qeyrət Alıyevin xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, X4 avtomobilinə vurduğu ziyanı 15 gün ərzində ödəyəcəkdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 avqust 2023-cü il tarixli qərarla, xx.xx.2023-cü il tarixli MN № 1655232/780 və MN № 1655233/781 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 25 avqust 2023-cü il tarixli ərizələrindən görünür ki, onlar barışmışlar, zərər çəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və sonuncunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.9-cu maddələrinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Resrublikası İXM-nin 232-1-ci madəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə-özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, zərər çəkmiş şəxslə barışmasını və ondan şikayətçi olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xətanı törətmiş Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs Şəxs ilə barışdığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə isə maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli yəni, 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Zərər çəkmiş şəxs X8 vurulmuş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmə hüququnun olması izah olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-772/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-772/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver