Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-775/2024 22.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, X3 tərəfindən inzibati xəta haqqında protokoldan və həmin protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi xx.xx.2024cü il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır Belə ki, şikayətdə inzibati xəta haqqında protokol mübahisələndirilsə də, həmin protokolun tarixi və nömrəsi şikayətdə göstərilməmiş, mübahisələndirilən protokol şikayətə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokolun və qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolun və qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin protokoldan və qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilməsin və ona geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, protokolun və qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-775/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-775/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver