Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-776/2023 21.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan rayon DAM polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin DYPB-nin DAM polis baş leytenantı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:00-da İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadığı halda 19 avqust 2023-cü il tarixdə, saat 16:00-da Salyan rayonu, Çuxanlı kənd ərazisində idarə etdiyi "xxxx" MMC-yə məxsus “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən dönmə əməliyyatı etmək istədikdə idarə etməni itirərək yolun sol hissəsində su kanalına düşmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 237.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon DAM poli baş leytenantı X5 izahatında göstərdi ki, hadisə yerinə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, tərəflərin izahatı alınmış və müəyyən olunmuşdur ki, Şəxs “Kia Optima” minik markalı avtomobili sürücülük hüququ olmadığı halda avtomobil idarə etməklə yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində 19 avqust 2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü Azərbaycan Respublikası İXM-in 332.4cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Salyan rayon Çuxanlı kənd ərazisində "xxxx" MMC-yə məxsus “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən dönmə əməliyyatı icra edərkən idarə etməni itirərək su kanalına düşmüşdür. Hadisə zamanı avtomobildə tək olmuşdur. Heç bir bədən xəsarəti almamışdır. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Şəxs izahatında göstərmişdir ki, “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı məlumatı olmadığı üçün dəqiq bir söz deyə bilmir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 332.1, 237.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin DAM polis baş leytenantı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Yol-nəqliyyat hadisəsinin Sxemindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” minik markalı avtomobil dönmə əməliyyatı edərkən yolun sol hissəsində su kanalına düşmüşdür. İş materiallarında olan X1 izahatından görünür ki, "xxxx" MMC-yə məxsus “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Dostu Şəxs ondan avtomobili istəmişdir. O da bilərəkdən onun sürücülük hüququ yoxdur avtomobili ona vermişdir. İş materiallarında olan etibarnamədən görünür ki, “Kia Optima” minik markalı, **-AU- *** dövlət qeydiyyat nişanlı avtomobil X2 etibar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18:09-da çap edilmiş qəbzdən görünür ki, Şəxs müayinəsi nəticəsində qəbzdə son kalibirləmə tarixli xx.xx.2021-ci il, boş test 0.000 %, müddət, alkoqol tərkib 0.000% olmuşdur. İş materiallarında olan “Kia Optima” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana dair fiziki şəxs Mehman Abdullayev tərəfindən (VÖEN **********) AVTO SERVİS 400 adı ilə tərtib olunmuş hesabatdan görünür ki, avtomobilin təmiri üçün 7680 manat pul hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı Şirvan - X4 21 avqust 2023-cü il tarixli arayışından görünür ki, Şəxs (Müharibə əlili) 3-cü qrup əlilliyi müəyyən edilmiş, aylıq 330,00 (üç yüz otuz) manat olmaqla xx.xx.2026-cı il tarixədək Prezident təqaüdü təyin olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını və 3-cü qrup əlil (Müharibə əlili) olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 327.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol Salyan rayon PŞ-nə göndərilməlidir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-776/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-776/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver