Məhkəmə qərarları › İş №3(057)-777/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-777/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-777/2023 21.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərəçəkimiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 14, mənzil 07-də qeydiyyatda olmaqla yaşayan Şəxs Salen oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 21 avqust 2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 21 avqust 2023-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(057)-26/2023 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli 2(057)-1665/2022 saylı məhkəmə qətnaməsi icra olunana qədər övladları xx.xx.2018-ci ildə anadan olmuş Sevinc və xx.xx.2019-cu ildə anadan olmuş Büşra adlı uşaqları ilə hər həfətənin şənbə günü saat 10:00-dan bazar günü saat 16:00-dək ünsiyyət hüququ verilməsi, Şəxs və digər ailə üzvlərinə həmin hüququn həyata keçirilməsinə maneçilik törədilməsinə yönəlmiş hərəkətlərin qadağan edilməsi, qərardadın dərhal icra olunması və qərardadın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(057)-26/2023 saylı icra vərəqəsində göstərilən tələbi təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, məhkəmənin qərarına hörmətlə yanaşır,lakin uşaqları anaları ilə ünsiyyətdə olmasına etiraz edirlər. Ona görədə uşaqlarə Salyan rayon İcra və Probasiya şöbəsinə gətirə bilməmişdir. Məhkəmə iclasında zərəçəkimiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(057)-26/2023 saylı icra vərəqəsinə əsasən uşaqları ilə ünsiyyətdə olmalıdır. Lakin, Şəxs buna imkan vermir. Uşaqları ilə uzun müddətdirki görüşə bilmir. Bu gün hər iki uşağı ilə görüşə bilmişdir. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 göstərmişdir ki, Şəxs icra sənədi üzrə tələbi yerinə yetirməyərək, uşaqların anaları ilə ünsiyyətdə olmasına mane olmuşdur. Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərəçəkimiş şəxs Zərərçəkmiş şəxs və Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin icra olunmamasını və tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Salen oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş qüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar