Məhkəmə qərarları › İş №3(057)-784/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-784/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-784/2025 11.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X9 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X7-X15 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-cі maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 800 manat məbləğində cərimə edilmişdir. Tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddələrinin tələbləri pozulmamışdır. Ona hər hansı bir nöqsan olması barədə heç bir xəbərdarlıq edilməmişdir. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunanları nəzər alaraq məhkəmədən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahatında bildirmişdir ki, istifadəsində olan “X16” çörək sexində az sayda çatışmazlıqlar istisna olunmaqla bütün tələblərə və standartlara əməl olunmuşdur. Yalnız havalandırma sistemi tam qaydasında olmamış, bir ədəd işçi masası asan yuyulan materialdan olmamışdır. Həmin çatışmazlıqların aradan qaldırılması da çox vaxt tələb etmirdi, lakin Azərbaycan Respublikasının Qida X7-X15 tərəfin həmin çatışmazlıqlar barədə vaxtında xəbərdar olunmamışdır. Vaxtında xəbərdar olunacağı halda həmin çatışmazlıqlar onun tərəfindən qısa zamanda aradan qaldırılacaqdı. Təndirxanaya baxış keçirmək üçün gələn əməkdaşlar baxış keçirib videoçəkiliş edən zaman onlara həmin çatışmazlıqları aradan qaldıra biləcəyini demiş, lakin həmin əməkdaşlar ona bildirmişlər ki, onlar deyəndən sonra çatışmazlıqları aradan qaldıracaq, hələlik heç nəyi dəyişməyə ehtiyac yoxdur. Əməkdaşlar gedəndən bir müddət sonra onun 800 manat cərimə olunmağı barədə məlumatlı olmuşdur. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 etibarnamə əsasında nümayəndəsi X6 şikayəti qəbul etməyərək bildirmişdir ki, vətəndaş müraciəti üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 19 may 2025-ci il tarixli ŞSRB-154/25 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarış əsasında “X16” çörək sexində yoxlama keçirilmiş və nəticədə müvafiq çatışmazlıqlar aşkar olunduğundan X9 barəsində müvafiq protokol tərtib olunmuşdur. Qeyd olunan çatışmazlıqlar sexə girilən andan etibarən yaxa kamerası vasitəsi ilə qeydə alınmışdır. Ürfan ismayılov çəkilişdən məlumatlı olmuş, çəkiliş zamanı bütün çatışmazlıqlar və nöqsanlar ona ayrı-ayrılıqda bildirilmişdir. X1 Ürfan Məmmədağa oğlunun əvvəlcədən xəbərdarlıq edilməsinə dair dediklərinə münasibətdə isə bilddirmişdir ki, vətəndaş müraciəti əsasında plandan kənar yoxlama olduğu üçün qanunvericilikdə sahibkara qabaqcadan məlumatın verilməsi nəzərdə tutulmamışdır. X14 özü də nöqsanları qəbul edir, nöqsanlar məhkəməyə təqdim olunmuş videomaterialda aydın şəkildə görünür. Buna görə də şikayətin təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası Qida X7-X15 nümayəndəsinin izahatlarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, X9 barəsində Azərbaycan Respublikası Qida X7-X15 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “Yoxlamanın nəticələrinə dair qərar”dan görünür ki, işçilər müvafiq sanitar geyim forması ilə təmin edilməmiş, qida obyektində dezinfeksiya işləri görülməmiş, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanması üçün dolablar və ya sahələr ayrılmamış, obyektdə temperaturun qeydiyyatı və monitorinqi aparılmamış, təmizləmə və dezinfeksiya proqramları tərtib olunmamış, işçi masalar asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənməmiş, obyekt drenaj sistemi ilə təmin edilməli, obyektdə havalandırma sistemi quraşdırılmamış, qidaların hazırlanmasında emal prosesi zamanı istifade olunan su filtrdən keçirilməmiş, pəncərələr açıq vəziyyətdə saxlanılmış, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilməmiş, hazır bişmiş çörək məhsulları qanunvericiliyin tələblərinə uyğun etiketlənməmişdir. Azərbaycan Respublikası Qida X7-X15 tərəfindən məhkəməyə təqdim olunmuş videomateriala baxış keçirilən zaman əməkdaşlar tərəfindən aşkar olunmuş nöqsanların ayrı-ayrılıqda Ürfan İsmayılovun nəzərinə çatdırıldığı görünür. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli KY252311293 nömrəli çıxarışdan görünür ki, “X16” çörək sexində xx.xx.2025-ci il tarixdən 22.5.2025-ci il tarixədək fiziki şəxs tərəfindən edilmiş müraciət əsasında yoxlama aparılmışdır. Yoxlamaların aparılması haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, yoxlanılacaq təsərrüfat subyektinin adı-X9, VÖEN-**********, yoxlama dövrü 20-xx.xx.2025ci il, yoxlamanın növü plandankənar, səbəbi isə fiziki şəxsin müraciəti olmuşdur. Azərbaycan Respublikası Qida X7-X15 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X16” çörək sexində xx.xx.2025-ci il tarixdə yoxlama aparılmış, həmin yoxlamanın nəticəsində ******* nömrəli protokol tərtib olunmuş və X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXMnin 220.8-ci maddəsi ilə 800 manat cərimə edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanununun 13-ci maddəsinə əsasən: 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. H ə m i n Q a n u n u n 16-cı maddəsinə əsasən: 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsinə əsasən Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə –fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsinə əsasən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə –fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləlikə, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarla, həmçinin, Ürfan İsmayılovun izahatı ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X16” çörək sexində pozuntuların olması faktı Azərbaycan Respublikası Qida X7-X15 tərəfindən aşkar edilmişdir. X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək İXM-nin 220.8-ci maadəsi ilə 800 manat cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X10 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X5 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək İXM-nin 220.8-ci maddəsi ilə 800 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar